Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kəvər soğanlı qarğıdalı çörəyi

Vəsaitlər
1/2 kq kəvər soğanı
1 ədəd soğan
Pul bibər
Quru nanə
Maye yağ
3 şirin qaşığı toz şəkər
Duz
2 ədəd yumurta
1 su stəkanı qatıq
1/2 su stəkanı maye yağ
Aldığı qədər qarğıdalı unu
1 paket karbonat

Hazırlanması
1. Kəvər soğanlarını yuyun, təmizləyin və 1 barmaq qalınlığında doğrayın.



2. Bir qazana bol miqdarda duru yağı alın və doğranmış soğanları qovurun. Sonra üzərinə yuyub 1 barmaq qalınlığında doğradığınız kəvər soğanları və pul bibər, quru nanəni və duzu əlavə edin. Lazım olsa bir az qaynar su əlavə edib kəvər soğanlarını yüngül qovurun. (Tamamilə bişmiş olmasına ehtiyac yoxdur, bir az da sobada bişəcəkler onsuz da) Kəvər soğanlarını qazdan alın və istirahətə buraxın.

3. Yoğurma qabınıza qalan vəsaitləri və kəvər soğanlarını əlavə edin, yoğurun. Lazım olsa duz əlavəsi də edə bilərsiniz. Xəmirin konsistensiyası çox sıyıq da olmayacaq, çox qatı da olmayacaq. 3 şirin qaşığı şəkər də ideal gəlir.



4. Yoğurduğunuz xəmiri yağlanmış qaba alın. Əlinizi də yağlayıp ovuc içinizle üzərini düzleyin və 180 dərəcəli sobaya verin.


Üstü qızaran qarğıdalı çörəyini bir də bıçak batıraraq yoxlayıb hazır olduğundan əmin olduqdan sonra sobadan alın, ilıq ilıq nuşla yeyin…


Tarix: 29.11.2014 / 13:55 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Dünya mətbəxi
loading...