Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xarço şorbası resepti

Tərkibi:
300 qr mal əti
1 ədəd kartof
1 ədəd soğan
100 qr yumru düyü
1 diş sarımsaq
60 qr kərə yağı
1 ç/q tomat pastası
2 ədəd dəfnə yarpağı
nanə qurusu
sarıkök
duz

Hazırlanması:
1. Ət yuyulur, üzərinə su tökülür, qaynadılır və üzərinə yığılan köpük qaşıqla götürülür.


2. Ət bişdikdən sonra xırda doğranılır və ya əlnən kiçik hissələrə ayrılır.

3. Soğanın qabığı soyulur, xırda doğranılır.


4. Yemək bişirilən qazana yağ tökülür. Yağ əridikdən sonra üzərinə doğranılmış soğan əlavə edilir, biraz qızardılır.

5. Soğan rəngini dəyişdikdə tomat pastası və qasığın ucunda sarıkök əlavə olunur.


6. Sarımsağın qabığı soyulur və xırda doğranılır.


7. Sarımsaq, xırdalanmiş ət, dəfnə yarpağı soğanın üzərinə əlavə olunur və hamısı biryerdə 1-2 dəqiqə bişirilir.


8. Qazana 1,5 litr qaynar su əlavə olunur və qarışdırılır.



9. Kartofun qabığı təmizlənir, yuyulur, xırda kub şəklində doğranılıb yeməyə əlavə olunur.


10. Düyü yaxşı yuyulur, yeməyə əlavə olunur və 1 dəqiqə qarışdırılır.


11. Yemək aşağı istilikdə bişirilir. Düyü, kartof bişdikdən sonra qaz söndürülür.

12. Yemək özünü tutsun deyə 30 dəqiqə ərzində saxlanılır (onda yemək daha dadlı alınır).

13. Şorba süfrəyə verilərkən üzərinə xırdalanmış nanə qurusu səpilir.

Nus olsun!


Tarix: 29.11.2014 / 13:29 Müəllif: Aziza Baxılıb: 63 Bölmə: Dünya mətbəxi
loading...