Dondurmalı sufle
Vəsaitlər:
-100 qr tünd şokolad
-100 qr kərə yağı
-3 Yumurta sarısı
-1 çay stəkanı şəkər
-1 yemək qaşığı un
Üzəri üçün:
pudra şəkəri və dondurma
Hazırlanması:
Yumurta və şəkər tozu mikser köməyi ilə təxminən 5 dəqiqə çırpın. İçinə unu əlavə edərək təkrar qarışdırıb çırpmağa davam edin. Şokolad və kərə yağını əridib,yumurtalı qarışığa əlavə edin. Yağlanmış kiçik sufle üçün qablara vəsaiti paylaştırın. Əvvəldən isidilmiş 200 dərəcə sobada 7-8 dəqiqə bişirib,çıxarın. Üzərinə pudra şəkəri və dondurma ilə bəzəyin.
Nuş olsun...
Tarix: 29.11.2014 / 14:11 Müəllif: Aziza Baxılıb: 55 Bölmə: Dünya mətbəxi
loading...