Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Darülziyafə köftesi

Tərkibi:

400 q mal qiyməsi
200 q quzu qiyməsi
150 q antep fıstığı
1 soğan
2 yumurta
1 dəstə cəfəri
0,5 dəstə təzə kəklikotu və ya kəklikotu qurusu
istiot
ağ istiot
duz
2 yuxa (xəmir)
3 yumurtanın sarısı
2 x.q. zeytun yağı

kəklikotulu pomidor sousu:

5 iri pomidor
1 armudu st. zeytun yağı
1 x.q. kərə yağı
1 iri baş soğan
4 diş sarımsaq
1 ç.q. bibər pastası
1 dəfnə yarpağı
0,5 ç.q. kəklikotu
0,5 ç.q. ağ istiot
duz
2,5 st. bulyon

Sous:

Kərə yağı və zeytun yağını tavada qızdırın, bibər pastası, doğranmış soğan və sarımsağı əlavə edin. Yüngül qızarınca qabığı soyulub xırda doğranmış pomidor, ədviyyat və bulyonu əlavə edib 8-10 dəqiqə bişirin.

Mal və qoyun qiyməsini bir qaba qoyun. Suda bişirilib qabıqları təmizlənmiş antep fıstığını qiyməyə əlavə edin. Sürtgəcdən keçirilmiş soğan, xırda doğranmış cəfəri və kəklikotunu, yumurtaları, ağ istiotu, duz və qara istiotu əlavə edib yaxşıca yoğurun.

İki hissəyə ayırıb boru halına salın. Formanı yağlayıb içinə qoyun, 170 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin. Sobadan çıxarıb soyudun.

1 yumurta sarısı ilə zeytun yağını qarışdırın. Yuxaların arasına çəkib hər birini iki qatlayın.

Köfteləri yuxaların arasına qoyun. Üzərlərinə yumurta sarısı çəkin. Sonra yuxaya bükün. Yuxaların artığını kəsin.

Yağlanmış formaya qoyun. Dondurucuda yarım saat saxlayın.

Sonra üzərinə yumurta sarısı çəkib sobada 15-20 dəqiqə bişirin. Hazır olandan sonra dilimləyib buluda yığın. Üzərinə pomidor sousu gəzdirin. Süfrəyə plov və ya kartof püresi ilə verə bilərsiniz.

Nuş olsun!


Tarix: 29.11.2014 / 14:11 Müəllif: Aziza Baxılıb: 74 Bölmə: Dünya mətbəxi
loading...