Tərkibi:
200 qr kərə yağı (otaq istiliyində)
200 qr pudra şəkəri
200 qr üyüdülmüş fındıq unu
200 qr un
Arası üçün:
Şokolad yağı
Hazırlanması:
Əvvəlcə Sobanı 170 dərəcə nizamında istilədin.
Şəkər tozu və kərəyağını şəkər tozu əriyincəyə qədər çırpın.
Qarışığı sərt bir xəmir əmələ gələnə qədər üyüdülmüş fındıq unu və un qarışdırıb əlavə edin.
Fındıqdan biraz böyük yumrular düzəldin və əl ovucunuzun içiylə basdıraraq yayın
Yağlı kağız sərili soba nimçəsinə fasilələrlə düzün.
Yüngül qızarana qədər 10-15 dəqiqə bişirin. (üzəri çatlamalıdır)
Sobadan alın və soyumağa buraxın.
1 peçenyenin yastı qisiminə şokolad yağını çəkin və digər peçenye ilə birləşdirin.
Digər peçenyelər üçün də eyni əməliyyatı tətbiq edin.
Çay, qəhvə yanında servis edin.
Nuş olsun!
Tarix: 23.11.2014 / 21:07 Müəllif: Aziza Baxılıb: 24 Bölmə: Şirniyyatlar