Qozlu Ordubad dürməyi
Əla növ buğda unu – 400q,
xama – 180q,
kərə yağı – 120q,
qoz ləpəsi – 220q
şəkər tozu – 180q,
bal - 40q,
darçın - 2q,
yumurta - 1 əd.
Xəmir hazırlamaq üçün kərə yağı xama ilə qarışdırılır, ələnmiş un töküb xəmir yoğrulur. İç hazırlamaq üçün qoz ləpəsi azacıq tavada qovrulur, ətçəkən maşından keçirilir, şəkər tozu, bal və ədviyyat qatılıb qarışdırılır. Xəmir 300 qramlıq paylara bölünüb 3-4 mm qalınlıqda yayılır. Yayılmış xəmir üzərinə hama lay şəklində 200 qram içlik qoyulur və xəmir bükülərək rulet formasına salınır. Üzərinə yumurta sarısı sürtülür, 190-2000 S tempraturda 30-35 dəqiqə bişirilir. Bəzən xəmir maya ilə hazırlanır.
Tarix: 10.12.2012 / 20:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 537 Bölmə: Şirniyyatlar
loading...