Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Saralmış payız yarpağı" salatı

İstifadə olunan məmulatlar:
Bişmiş toyuq filesi 1 ədəd
Təzə xiyar ( böyük) – 1 ədəd
Pendir 100 qr
Mayonez - yarım stəkan
Sarı rəngli şirin bolqar bibəri - 2 ədəd
Şüyüt - 2 budaq
Duz,istiot zövqə görə

Hazırlanması:
Toyuq filesini xırda – xırda doğrayıb salat qabına yığın.Xiyarın qabığını təmizləyib kub şəklində xırda doğrayın və toyuğun üstünə əlavə edin.Sonra bu kütlənin üstünə pendir əlavə edin ( xırda – xırda doğranmış)Daha sonra bu kütlənin üstünə mayonez əlavə edib duzlayıb istiotlayın və yaxşıca qarışdırın.
Bolqar istiotunu xırda – xırda doğrayın.Salatlıq qabın içərisinə hazırladığınız kütləni yarpaq şəklində yerləşdirin ( şəkildəki kimi).Bundan sonra doğranmış istiotu bu "yarpağın” üstünə düzüb üstündən şüyut dəstəsində bir və ya iki budaq qoyub süfrəyə verin.


Tarix: 29.11.2014 / 13:20 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Salat tarifleri
loading...