Göbələk salatı resepti
Tərkibi:
1 paket təzə göbələk (konservdə ola bilər)
1 qab qarnitur (kök, göy noxud, kartof)
3-4 ədəd turşu
Cəfəri
Şüyüd
2 diş sarımsaq
Zeytun yağı
Limon
Duz
Hazırlanması:
Göbələkləri yuyub, suda qaynadın və doğramağa başlayın. (bəzəmək üçün bir neçə dənəsini bütöv saxlayın.)
Qarnituru süzgəcdə süzün ki, suyu getsin.
Şüyüd, cəfəri, turşu və sarımsağı balaca-balaca doğrayın.
Hamısını bir qabda limon, zeytun yağı və duz qataraq qarışdırın.
Qaba qoyun və göbələklər ilə bəzəyin
Nuş olsun!
Tarix: 23.11.2014 / 14:40 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Salat tarifleri
loading...