Qozlu salat
Tərkibi:
Qoz ləpəsi-200 q
Toyuq filesi-200 q
Təzə xiyar-2 ədəd
Duzlu xiyar-2 ədəd
Kartof çipsləri
Mayonez
Duz, qara istiot
Hazırlanması:
1. Bişirilmiş toyuq filesi didilir.
2. Təzə xiyarla duzlu xiyar və qoz ləpəsi doğranılır.
3. Toyuq filesi doğranılmış xiyar və qoz ləpəsinə əlavə edilir.
4. Salata duz, istiot vurulur və mayonez əlavə edilib qarışdırılır.
5. Hazır salat kartof çipsləri ilə bəzədilir.
Nuş olsun!
Tarix: 23.11.2014 / 14:54 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Salat tarifleri
loading...