Sadə kök salatı resepti
Tərkibi:
3-4 ədəd kök
1 paket ədviyyatlı suxari kubikləri
0,5 dəstə cəfəri
0,5 dəstə şüyüd
2-3 diş sarımsaq
Mayonez
Zövqə uyğun xırdalanmış qoz ləpəsi qatmaq olar.
Hazırlanması:
Təmizlənmiş kök sürtkəcin xırda gözündən keçirilir.
Cəfəri və şüyüd xırda doğranılır.
Sarımsaq əzilir və xırda doğranır.
Ədviyyatlı suxari kubikləri əlavə edilir.
Yaxşıca qarışdırırıq 5 dəqiqə və sonrada süfrəyə verilir
Nuş olsun!
Tarix: 23.11.2014 / 14:31 Müəllif: Aziza Baxılıb: 31 Bölmə: Salat tarifleri
loading...