Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yumurtalı qızarmış kartof salatı resepti

Tərkibi:
2 kartof
3 yumurta
1 dəstə cəfəri
3-4 ədəd yaşıl soğan
4 x/q. zeytunyağı
duz,istiot

Hazırlanması:
Kartoflar qabığı soyulub,yuyulur kubik şəklində doğranıb bol duru yağda qızardılır.
Yumurtalar suda soyutma bişirilir.
Cəfəri və soğan xırda xırda doğranır.
İlıq olan qızarmış kartof və göyərtilər qarışdırılır.Üzərinə duz istiot,zeytunyağı vurulur.
Bişmiş yumurtaları da soyub iri iri doğrayıb salata qarışdırın.
Şəkildə gördüyünüz kimi çox qarışdırmayın, sadəcə qaşıqla bir dəfə alt üst edərək qarışdırıb süfrəyə verin.

Nuş olsun!


Tarix: 23.11.2014 / 14:20 Müəllif: Aziza Baxılıb: 31 Bölmə: Salat tarifleri
loading...