Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maşa salatı resepti

Tərkibi:
6 ədəd kartof
6 ədəd yumurta
6 orta ölçüdə yerkökü
2 ədəd çuğundur
Yarım ədəd toyuq filesi
Konservləşdirilmiş xiyar turşusu
Təzə xiyar
Duz
İstiot
Mayonez

Üzəri üçün:
Holland pendiri
Yumurta
Xiyarın ucları

Hazırlanması:
Kartof, yumurta, yerkökü, çuğundur və toyuq filesini bişiririk.
3 kartofu sürtkəcdən boşqaba keçiririk, üzərinə mayonez, duz, istiot vururuq.
2 yarım yumurtanı sürtkəcdən keçiririk, kartofun üzərindən mayonez, zövqə görə duz, istiot vururuq.
Yumurtanın üzərindən 3 ədəd yerkökünü sürtkəcdən keçirib yayırıq, mayonez, duz, istiot vururuq.
Yerkökünün üzərindən öncə doğranmış duzlu xiyar və təzə xiyarı, sonra doğranmış toyuq filesini tökürük, mayonez, duz, istiot vururuq.
2-ci qatı da bu formada edirik: əvvəl kartofu, sonra yumurtanı və yerkökünü sürtkəcdən keçiririk, mayonez, duz, istiot vururuq.
Maşanın şalın düzəldmək üçün çuğunduru sürtkəcdən keçirdirik və maşanın şalını düzəldirik.
Holland pendirini sürkəcdən keçirdirik Maşanın üzünə vururuq.
Saçlarını düzəltmək üçün holland pendirini nazik kəsib qoyuruq.
Bişmiş yumurtanı halqa formasında kəsib gözlərini qoyuruq, təzə xiyarın da ucların kəsib gözünün içinə qoyuruq.
Çuğundurdan dodaqlarını düzəldirik.
Salatımız hazırdır.

Nuş olsun!


Tarix: 23.11.2014 / 14:40 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Salat tarifleri
loading...