Göbələk salatı)
Tərkibi:
Toyuq filesi-250 qr
Yumurta-2 ədəd
Kök-2 ədəd
Sarımsaq-1 diş
Yaşıl alma-1 ədəd
Cəfəri-1 dəstə
Göbələk-150 qr
Mayonez
Duz
Hazırlanması:
1. Bişirilmiş toyuq filesi əl ilə didilir.
2. Kök, yaşıl alma, bişirilmiş kartof, yumurta ayrılıqda sürtgəcdən keçirilir.
3. Sarımsaq əzilir.
4. Cəfəri xırda doğranılır.
5. Ərzaqlar bu qayda ilə lay-lay qaba düzülür: cəfəri, kök, sarımsaq, kartof, bir az duz, toyuq filesi, alma. Hər iki laydan birinə mayonez çəkilir.
6. Hazır salat səliqə ilə buluda qoyulur. Üzəri göbələklə bəzədilir.
Nuş olsun!
Tarix: 23.11.2014 / 14:56 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: Salat tarifleri
loading...