Çörək salatı resepti
Tərkibi:
100-150 q boyat çörək
3 pomidor
1 xiyar
cəfəri
göy soğan
2-3 diş sarımsaq
1 baş soğan
Sous üçün:
2 x.q. bitki yağı
2 x.q. zeytun yağı
1 x.q. sirkə
1 ç.q xardal
Hazırlanması:
Çörəyin qabığını çıxarıb soyuq suda isladın, sonra isə xırdalayın.
Pomidorların qabığını qaynar su vasitəsilə təmizləyin, dənələrini çıxarıb xırda doğrayın. Xiyarı xırda kubiklər şəklində doğrayın. Göy və baş soğanı xırda doğrayın, sarımsağı əzin. Bunların hamısını qarışdırıb 1-2 saatlığa soyuducuya qoyun.
Sousun ərzaqlarını qarışdırın. Süfrəyə verərkən salatın üzərinə sous gəzdirin, doğranmış göyərti səpin.
Nuş olsun!
Tarix: 23.11.2014 / 14:05 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Salat tarifleri
loading...