Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hepatit Virusları

Hepatit A olduqca yoluxucudur və xalq arasında sarılıq adıyla tanınınr. Hepatit A, saglam insana bu xəstəliyi daşıyan bir insanla eyni qida və ya su istifadəsi səbəbi ilə yoluxar. Ayrıca cinsi əlaqə və ya xəstə bir insanın qan, sidik kimi bədən mayelərinə təmasla da yoluxma mümkündür. Ümumiyyətlə xəstələrin böyük bir əksəriyyəti yaxşılaşar amma xəstəlik olduqca ağır keçər. Digər hepatit növləri kimi hepatit A 'da qaraciyərin iltihablanmasına səbəb olar
Hepatit A' nın əlamətləri:
Bütün viral hepatitlerde sarılıq başlamadan əvvəl:
* Ürək bulanması, qusma, ishal,
* Şiddətli iştahsızlıq,
* Mədə - bağırsaq şikayətləri,
* Qarnın üst bölgəsində ağrı,
* Yorğunluq. Tək Hepatit – A-da 38 C yüksək tempraturla yanaşı (influenzadakı kimi) oynaq ağrıları da əmələ gəlir. Tempratut, ümumiyyətlə sarılığın ilk bir neçə günündə normala dönər.
Virual Hepatitlərdəki ən tipik ifadə olunan:
* Göz ağının, dəri və mukoz membranların saralması,
* Sidiyin rənginin tündləşməsi,
* Nəcisin rənginin açılmasıdır. Xəstəliyin başlanğıcından 2 - 3 həftə sonra nəcisin rəngi normala dönər. Bir və ya iki həftə sonra qaraciyər böyüyə bilər və sarılıq görülə bilər.
Hepatit A' lı xəstələr sarılığın ortaya çıxmasıdan iki həftə əvvəl və sarılığın ortaya çıxmasından bir həftə sonraya qədər nəcislə çox miqdarda Hepatit - A virusu xaric edər və xəstəliyi yoluxdurar. Əlamət göstərmədən xəstəliyi keçirən fərdlər də, xəstəliyin yayılmasında səssiz bir qaynaq meydana gətirərlər.
Hepatit A virusu ümumiyyətlə oral-fekal (ağız-nəcis) yolla, kontamine olmuş (virus yoluxmuş) su və ya qidaların qəbuluyla, şəxslər arası təmasla, ya da cinsi təmasla yoluxar. Respublikamızda böyük şəhərlərdə iri kanalizasiya sistemlərinin kifayət qədər nizamlı olmaması, içmə və istifadə etmə sularının təmininin uyğun şərtlərdə olmaması (xüsusilə su basqınlarından və təbii fəlakətlərdən sonra) Hepatit-A infeksiyasının yayılmasında böyük rol oynayar.
Virus bədənə ümumiyyətlə ağız yoluyla, xüsusilə yemək və içkilərlə girər. Bu vəziyyət, kəslərin tualetə getdikdən sonra əllərini yumaması və çirkli əlləriylə sağlam kəslərin yeməklərinə toxunması ilə də meydana gələr. Hepatit A virusuyla yoluxmuş suların içilməsi, bu sulardan çıxarılan buzların istifadə edilməsi ən böyük yoluxma mənbəyidir. Ölkəmizdə, kəndlərdə tualetlər ümumiyyətlə çöldədir və meyvə-tərəvəzlərin yetişdirildiyi yerlərə yaxındır. Gübrə olaraq torpağa axıdılan Hepatit-A virusu ilə yoluxmuş suvarma suları, çiy yeyilən kahı, cəfəri, təzə soğan, və başqa bu kimi yaşıllıqlara və tərəvəzlərə bulaşmaqda və bu çirkli yaşıllıqların kifayət qədər təmizlənə bilməməsi də böyük yoluxmalara səbəb olmaqdadır. Müşahidələrə görə bütün restoranlarda hazırlanan salatların tərəvəzləri və guya yuyunmuş olaraq gətirilən kahı-cəfəri və başqa göyərtilər əlbəttə ki, bir ləyən və ya vedrədəki suya batırılıb çıxarılmaqla təmiz olması mümkün olmadığı halda (!) süfrələrimizə gətirilməkdədir. İfrağatla çirklənən sulardan toplanan göyərtilər, tərəvəzlər və qabıqlı dəniz məhsullarının yeyilməsi, xüsusilə payız və qış aylarında epidemiyalara səbəb olmaqdadır. Hepatit A xəstəliyi keçirən adam ilə yaxın təmas və cinsi əlaqə də xəstəliyin yayılmasına səbəb olur.
Xəstəlikdən Qorunma Tədbirləri:
Xalqın fərdi gigiyena, əllərin tez-tez yuyunması, və tullantıların sağlam uzaqlaşdırıl- ması qaydaların riayət etməsi,
* Sağlam içmə və istifadə etmə sununun təmini ilə,
* Kafi kanalizasiya sistemlərinin təmiri,
* Yoluxma ehtimalı olan qidanların kifayət qədər yuyunması və bişirilməsiylə,
* Bakterioloji idarə olunmayan içmə sularının qaynadılmasıyla,
* Uşaq bağçalarında işləyən personala və yaşayanlara lazımlı təhsilin verilməsilə xəs- təliyin qarşısı alına bilər.
Gigiyena və sağlamlıq qaydalarına riayət etmək, yoluxma riskini azalda bilər ancaq tamamilə maneə törədə bilməz.
Bu gün Hepatit A xəstəliyindən tam qorunmanın ən təsirli yolu peyvənd edilmədir.
Peyvəndin qoruyuculuğu 94 – 100% olub təsirini təxminən 20 il saxlayır. Bu səbəblə cəmiyyətdə, restoranlarda, hərbi hissələrdə, xəstəxanalarda, fabriklərdə, internat məktəblərində, körpələr evləridə, qocalar evinde və başqa təşkilatlarda işlyən bütün mətbəx personalının Hepatit A infeksiyasını daha əvvəl keçirib-keçirmədiyi müəyyən olunulmalı və peyvənd edilməsi uyğun görülənlərin peyvənd edilməsi təmin edilməlidir.

Hepatit B virusunun əmələ gətirdiyi, ilk olaraq qaraciyərdə iltihab və qaraciyər hüceyrələrinin məhviylə müşahidə edilən bir xəstəlikdir. Hepatit B virusu qaraciyərdə yaşayan, yalnız insanlarda xəstəlik törədən DNT tərkibli virusdur. Viruslar xaricində metabolik xəstəliklər, toksik və qaraciyərdə qidlanmanı pozan, dərmanlar, bəzi bakteriyalar, parazitlər və bəzi digər viruslarla inkişaf edən xəstəlik ya da infeksiyalar əsnasında da kəskin virual hepatit inkişaf edə bilər.
Hepatit B infeksiyası bütün dünyada olduqca çox yayılmışdır. Dünyada hər il 50 milyon adam Hepatit B ilə yoluxmaqda və bu günki ədədlərlə dünya əhalisinin 2/5-si (2 milyard) bu virusla yoluxmuş vəziyyətdədir. Hər il Hepatit B -yə bağlı səbəblərlə 1-2 milyon insan ölür və dünyada 350 milyon insan bu virusun daşıyıcısına çevrilir.
Hepatit B infeksiyası üçün hər kəs bərabər dərəcədə risk daşımır. Bəzi insanlarda infeksiya daha sıx təsadüf edilər. Hepatit B infeksiyası üçün risk daşıyan qruplar bunlardır:
a) Səhiyyə personalı,
b) Çox sayda qan köçürmə edilən xəstələr,
c) Hemofil və hemodiyaliz xəstələr,
d) Hepatit B daşıyan adam ilə eyni evdə yaşayanlar,
e) Homoseksual və biseksual kişilər,
f) Damar daxili narkotik istifadə edənlər,
g) Fərdi gigiyenanın yaxşı olmadığı körpələr evi,yurd və həbsxana kimi yerlərdə yaşa- yanlar,
h) HBsAg müsbət olan anadan doğulan körpələr və b.
Hepatit B-nin yoluxması:
Hepatit B infeksiyasına 4 yolla yoluxma mümkündür.
a) Qanın zədələnilmiş dəri və ya selikli qişa ilə təması nəticəsində (perkutan ya da parenteral yoluxma),
b) İnsandan insana zədələnilmiş dəri ya da selikli qişa vasitəsilə (horizontal yoluxma),
c) Cinsi yolla,
d) Ananın qanının ya da qanlı mayelərin körpənin zədələnmiş dərisi ya da selikli qişası vasitəsilə ya da göbək ciyəsi vasitəsilə keçməsi ilə (doğuş əsnasında) yoluxma.
Hepatit B infeksiyasının inkubasiyon dövrü alınan virus miqdarına və adamın immun sisteminin müqavimətindnə asılı olaraq 45-180 gün (orta rəqəm 60-90 gün) arasında dəyişər.
Hepatit B infeksiyasının xəstəlik əlamətləri:
Hepatit B infeksiyasında infeksiya sıx ancaq xəstəlik nadirdir. Virusla yoluxmuş şəxslərin təxminən 50-65% -ində heç bir xəstəlik əlaməti inkişaf etmir yalnız infeksiyası keçir. Virusla yoluxmuş olanların təxminən 30-50%-inde əzginlik, yorğun- luq, yüngül tempratur, ürək bulanması, qarın ağrısı, oynaq və əzələ ağrıları kimi şikayətlər olur. Uşaqların 10%-indən azında, yeniyetmələrin 30-50%-inde sarılıq görülə bilər. Virusla yoluxanların 1% -inden daha azında infeksiya kəskin qaraciyər çatmazlığı ilə irəliləyici və şiddətli bir gediş göstərər. Kəskin infeksiyanın təxminən 1-6 həftəlik kliniki seyri vardır. Bu sırada xəstələrdə dəyişən dərəcələrdə qaraciyər fermentləri və qan hüceyrələrinin dağıtma məhsulunda yüksəlmə müşahidə olunur.
Hepatit B infeksiyasının uşaq və yeniyetmələrdə yayılması:
Kəskin infeksiya uşaqlarda yeniyetmələrə görə daha yüngül və klinika vermədən yayılar. Ancaq körpələrin immun sistemi səbəbiylə infeksiya yetişkinlərə görə daha çox nisbətdə xronikiləşməyə meyllidir. Yenidoğulmuşların 5-10%-ındə, 1-5 yaş qrupundakı uşaqların 70%-inde, yaşlıların isə 90-95%-inde virus 6 ay içində bədəndən təmizlənər və immunitet inkişaf edər. Kəskin infeksiya yetkin yaşda olanların yalnız 5-10%-inda xronikiləşirkən, yenidoğulmuşların 90-95%-inde, uşaq və yeniyetmələin 30%-inda xronikiləşər və pasiyent virus gəzdirən olar. Bu xəstələrin xroniki qaraciyər xəstəlikləri cəhətdən ekspert həkimlər tərəfindən izlənilməsi lazım- dır. Xroniki qaraciyər xəstəlikləri inkişaf etdiyində µ-interferon müalicəsi istifadə edilə bilər, ancaq müvəffəqiyyəti məhduddur.
Hepatit B daşıyıcısı kimlərdir:
Kəskin infeksiyadan sonra 6 ay içində virusa qarşı immunitet inkişaf etdirməyən, virusu və ya virus zülallarını qanlarında daşıyan kəslərə virus daşıyıcı deyilir. Əvvəlcə, bu kəslər virusun sağlam fərdlərə yoluxmasında mənbədirlər. Ayrıca bu kəslərdə xroniki aktiv hepatit, sirroz və qaraciyər xərçəngi kimi xroniki qaraciyər xəstəliklərinin inkişaf riski yüksəkdir. Xroniki Hepatit B ilə qaraciyər xərçəngi (primer hepatosellular karsinoma) inkişafı arasında möhkəm bir əlaqə vardır. Xroniki virus daşıyıcılarında primer hepatosellular karsinoma inkişaf riski daşıyıcı olmayanlara görə 200 dəfə çoxdur. Xroniki Hepatit B daşıyıcıları ilə virusun yoluxma yollarından biri ilə təmas edənlərə yalnız peyvənd etmək kafi qoruyuculuğu təmin edər.
Hepatit B infeksiyasından qorunma yolları:
İnfeksiyadan qorunmanın ən əmin və etibarlı yolu hepatit B peyvəndi etdirməkdir. Hepatit B peyvəndi gen texnologiyası ilə maya ya da məməlilərin hüceyrələrində yetişdirildikdən sonra son dərəcə etibarlıdır və bu cür infeksiyaların yoluxmasına səbəb olmaz. Hepatit B peyvəndinin (vaksininin) xərçəng əmələ gətirməsi söz-söhbəti səhvdir. Tam tərsinə peyvənd ilə Hepatit B infeksiyasından qorunulmazsa, Hepatit B yoluxması ilə belə bir riskə girmək söz mövzusudur. Hepatit B peyvəndi virusla qarşılaşmadan əvvəl ya da qarşılaşdıqdan sonra istifadə edilə bilər. Hər iki vəziyyətdə də qoruyucudur.

Hepatit C eyni adla xatırlanan (Hepatit C virusu) virusla bağlı inkişaf edən xəstə- likdir. Xəstəlik uzun müddətə qaraciyəri zədələyir və qaraciyər sirrozunun inkişafına səbəb olur. Virus 1989-cu ildə kəşf edilmişdir. Bilinmədiyi dövrlərdə, hadisələr hepatit A və hepatit B ye bənzədiyindən bu xəstəlik non A- non B hepatiti (A və B ye bağlı olmayan) adı ilə xatırlanmaqda idi.
Hepatitis C qan məhdud infeksion xəstəlikdir. Qaraciyəri yoluxdurur və qaraciyər alovlanmasının – hepatitini əmələ gətirir. Əksər hallarda simptomları müşahidə olunmur, ancaq xroniki hepatiti izləmək mümkündür. Xəstəliyin sonrakı gedişi qara ciyərin liflərinin dağılması – qaraciyər sirrozu ilə nəticələnir. Hepatit C virusu (HCV) qan vasitəsilə yayılır. C hepatitinə qarşı heç bir vaksin yoxdur. İnfeksiyanın simptomları tibbi baxımdan idarə edilə bilər və pasientlərin proporsiyası anti–virus dərmanlarının uzun kursu ilə virusdan təmizlənilə bilər. Erkən tibbi müdaxilə faydalıdır, HCV infeksiyası ilə adamlar tez-tez mülayim simptomları yaşayır və buna görə də müalicə haqqında fikirləşmir. Ehtimal olunur ki, dünyada 150-200 milyon adam C Hepatiti ilə yoluxmuşdur.
Hepatit C virusu altı tanınmış hepatit viruslarındandan biridir: A, B, C, D, E, G.
1970-ci illərin ortalarında Səhiyyə İnstitutunun İnfeksion Xəstəlik- lər Bölməsinin Rəhbəri Harvi J. Alter və onun tədqiqat komandası nümayiş etdi ki, əksər hepatit xəstələrində xəstəlik törədiciləri hepatit A və B deyil. Bu kəşfə, beynəlxalq elmi-tədqiqat işi virusu tanımaq üçün, qeyri A,B hepatiti adlandırdı (NANBH).
2000-ci ildə, həkimlər Alter və Houghton virusun kəşfinə görə “qabaqcıl iş üçün” Klinik Tibbi Tədqiqat Lasker Mükafatı ilə təltif olundu – hansı ki o C hepatitini növlərə ayırmağın metodlarını və virusu aşkara çıxartmışdır. Eyni zamanda ABŞ-da qan köçürmədə virusun yayılmasının 30% qarşısının almışdır.
Qaraciyər sirrozu və qaraciyər xərçəngi hepatit C virusunun təsirindən yarana bilir. Birinci faza 6 ay müddətinə çəkir. 60 – 70% xəstələrdə heç bir simptom müşahidə olunmur. Bəzi hallarda pasiyentlərdə kəskin hepatitə da rast gəlinir. Kəskin hepatit C infeksiyasının simptomlarına iştahanın azalması, yorğunluq, qarın boşluğunda ağrılar, sarılıq və qripə bənzər simptomlar aiddir.
Hepatit C virusu adətən ilk 1-3 həftə ərzində qanda tapılır.Anticisimlər qanda 3-12
həftə ərzində tapılır. 15-40% şəxslərdə kəskin fazada qaraciyərin yüksək fəallığı nəti-cəsində bu virusun spontan təmizlənməsi baş verir. 60-85% Hepatit ilə yoluxmuş pasientlər C xroniki hepatitini inkişaf etdirir və infeksiya 6 aydan çox davam edir. Əvvəlki praktikada əgər xəstə öz-özünə təmizlənərdisə müalicə etmək məsləhət görülmürdü. Son tədqiqatlar göstərirki, genotipin kəskin fazasında müalicəyə sərf olunan vaxt 90% hallarda xroniki xəstəlik fazasında sərf olunan vaxtdan 2 dəfə azdır və bu zaman virusun böyük əksəriyyətinin təmizləmək mümkündür. C xroniki hepatiti altı aydan çox davam edən hepatit C virusu infeksiyası kimi müəyyən edilir. Bu əksər halda simptomsuzdur və bu əsasən təsadüfən aşkar edilir.
Xəstəliyin klinikası hər insanda müxtəlif cür olur. Ümumi simptomlara isə yorğunluğu, çəkinin azalmasını, qripə bənzər simptomları, əzələ ağrısını, oynaq ağrı- sını, dayanıqsız aşağı hərarəti, qaşınmanı, həyəcanlanmanı, qarın ağrısını xüsusilə yuxarı sektorda, iştaha dəyişikliklərini, ürək bulanmasını, diareya, mədə pozğunluğu, idrak dəyişiklikləri, depressiya, başağrıları və əhval-ruhiyyənin pozulmasını misal göstərmk olar.
Hepatit virusları xırda (50 nm ölçüdə), RNT tərkibli viruslara aiddir. Bu Flaviviridae ailəsindən hepacivirus növünün tək üzvüdür. Hepatit C virusunun altı əsas genotipi var - hansı ki rəqəmlə (məsələn, genotip 1, genotip 2 və s.) göstərilir.
Hepatit C ilə yoluxma:
Virus qaraciyərdə və qanda tapılar. Əsas bulaşma yolu qanladır. Məsələn, iki adam eyni iynəni istifadə etsələr yoluxma ola bilər. Bunun ən məşhur şəkli narkotik istifadəsidir. Digər bir yoluxma yolu qan nəqlidir. Bir adama, Hepatit C virusu daşıyan bir adamın qanının verilməsi kimi. İndiki vaxtda edilən testlər ilə bu artıq tamamilə qeyri-mümkün kimidir. Ancaq, 1990-cı iln əvvəli xəstəlik bilinmədiyindən, və diaqnoz testləri olmadığından, bu dövrdə edilən qan nəqlləri risk daşıya bilərdi. Virus tüpürcək, sidik, semen kimi bədən mayelərində tapılmaz. Bu səbəblə cinsi əlaqə əsnasında bulaşma nadirdir. Bədən mayelərində virus olması üçün bu mayelərə bir şəkildə qan qarışması lazımdır (Məsələn: diş ətində qanama...). Virus mensturasiya qanında olur. Bu dövrdə olan cinsi əlaqə yoluxma baxımından risklidir (qanın açıq bir yaraya bulaşması ilə). Eyni iynə istifadə edilərək edilən peyvəndlər, döymə və s. kimi əməliyyatlar yoluxucu ola bilər. Eyni təraş bıçağı və diş fırçasını istifadə etmək, bunların qan ilə təmas etməsi ehtimalı səbəbi ilə yoluxucu ola bilər. Hepatit C əlamətləri ürək bulanması, aşağı səviyyədə tempratur, qarın bölgəsi və qaraciyərin virus olan qisminin zəifliyi və həssaslığı, tədricən görünən sarılıq, qusma və halsızlıq şəklindədir. Bu əlamətlər atipik olduğu qədər, əvvəl də deyildiyi kimi xəstəlik fakto- runun alınmasından çox uzun zaman sonra da ortaya çıxa bilir. Cinsi yolla Hepatitin ötürülmə riski cəmi 5%-dir.
Hepatit C -də hazırlayıcı faktorlar yəni Hepatit C infeksiyasına uyğun hala gəlmə- sinə səbəb olan faktorlar aşağıdakılardır.
* Çox və davamlı heyvani mənşəli zülal və yağ qəbulu,
* Spirt istifadəsi,
* Siqaret istifadəsi,
* Qeyri-kafi tərəvəz və meyvə istehlakı,
* Qida və fərdi gigiyenaya diqqət edilməməsi.
Hepatit C əgər müalicə edilməzsə sirroz, qaraciyər xərçəngi və ölümə səbəb olar.

XRONİKİ HEPATİT C DƏ SİROZ MEYDANA GƏLİR. BƏS SİRROZUN ŞİDDƏTİNİ ARTIRAN RİSK FAKTORLARI VARDIRMI?
20-30 il müddətində ortaya çıxan sirroz bəzi vəziyyətlərdə şiddətlidir;
Yaş (irəli yaşlarda sirroz daha şiddətlidir).
Kişi xəstələrdə siroz daha şiddətlidir.
Spirt istifadə edənlərdə,
Siqaret və tütün istifadəsi zamanı,
Aids (AIDS - HİV ) zamanı siroz daha şiddətlidir.

XRONİKİ HEPATİT C DƏ XƏRÇƏNG MEYDANA GƏLMƏSİNİ ARTIRAN RİSK FAKTORLARI VARDIRMI?
Bəli (!) ...Bəzi faktorlar qaraciyər xərçəngi riskini artırar. Bunlar:
Spirt istifadəsi
Sirroz inkişafı
İrəli yaş
Xəstə kişilərdə risk yüksəkdir.
Hepatit C qaraciyəri zədələməklə yanaşı bədəndə dəri, böyrəklər, tüpürcək vəziləri, göz və revmatizmə yol aça bilər.
Hepatit C anadan 6% ehtimalla körpəyə keçər. Əgət anada AİDS varsa hepatit C nin yoluxma faizi dahada yüksələr.
Eyni evdə yaşayan kəslərdə Hepatit C-nin yoluxması çox sıx görülən bir vəziyyət deyil, ancaq eyni qaşıq, çəngəl və stəkandan istifadə etmək yoluxma baxımından riski son dərəcə artırar. Əhəmiyyətli olan bu saydığımız əşyalardan eyni istifadənin qarşısının alınmasıdır. Bunların xaricində eyni evdə yaşamaq yoluxma baxımından yüksək risk daşımaz. Hepatit C anadan uşağa əmizdirmə yolu ilə keçə bilməz ancaq ananın səd vəzisində qanama və infeksiya olmamalıdır.
QEYD: HEPATİT C-Lİ XƏSTƏLƏRİN 10%-İNDƏ YOLUXMA SƏBƏBİ MƏLUM OLMAMAQDADIR.
Xəstəliyin inkubasion dövrü: Hepatit C nin inkubasion müddəti 2 həftə ilə 6 ay arasıdan dəyişən bir müddətdir. Ancaq bu gün tibb nəşrlərində xəstəliyin hansı dövründə və nə qədər müddətə yoluxucu olduğu bilinmədiyindən xəstəlik müəyyən edildiyində digər insanlara yoluxmaması üçün adamın xəbərdar edilməsində böyük fayda vardır.
Hepatit C-nin diaqnozu: Hepatit C ye diaqnoz qoymaq üçün müxtəlif analizlər vardır. Daha əvvəl də ifadə olunduğu kimi xəstə bir sıra əlamətlərlə həkimə müraciət etdiyində həkim müxtəlif analizlər istəyər.
a) Qaraciyər fermentləri:
b) Anti-HCV – hepatit C antikor (bədən tərəfindən çıxarılan qoruyucu serum) analizi.
Əlavə antitel analizləri: Əlavə 3 genetik antitel müəyyən edici testlər istənə bilər. Ancaq bu analizlər 3-5 ay sonra pozitif nəticə (ferment immuno assay üsulu) verir.
c) HCV RNT tanalizi: Ən həssas analiz hepatit C virusunun genetik quruluşunu müəyyən edən analizdir. Bu virusun çoxaldığını və infeksiyanın kəskin (yeni) olduğunu göstərər. Hətta bu analizlərlə hepatit C virusunun miqdarı belə müəyyən oluna bilir. Müalicədən əvvəl bu miqdarın müəyyən olunması, müalicənin yaralı olub olmadığı mövzusunda sonrakı analizlə birlikdə müəyyən nəticəyə gəlməyə imkan verir.
d) Qaraciyər biopsiyası (qaraciyərdən parça götürmə).
Hepatit C üçün GENETİK analizlərdə fərqli genetik strukturların müəyən edilməsinin əhəmiyyəti vardır. Genotip 2 və genotip 3 deyilən virus tipləri, genotip 1 deyilən virus tiplərinə görə müalicəyə daha yaxşı reaksiya verir.
Qaraciyər biopsiyasının da müalicə üçün böyük əhəmiyyəti vardır. Əgər aşağı dərəcədə qaraciyər iltihabı və fibrozu diaqnozlu və qaraciyər fermentləri yüngül dərə-cədə artmış xəstələr müəyyən olunsa anti-viral (virusa qarşı müalicə) müalicəyə ehtiyac qalmır . Ancaq çox miqdarda fibroz olan xəstələrdə anti-viral müalicəyə ehtiyyac var. Bu xəstələrdə fermentlər orta dərəcədə artmışdır. Əlbəttə bu qərarı həkim verəcək. Eyni zamanda qaraciyər biopsiyası müalicənin nəticələrini görmək üçün də edilə bilər. Bu da son dərcə əhəmiyyətlidir.
Anormal qaraciyər fermenti analizi olanlar, keçmişdə qan nəqli edilmiş (bu təxmini olaraq 5-10 il əvvəl edilmişsə yaxud qan verən adamın hepatit C olduğu məlum olsa), orqan nəqli olsa (xüsusilə 5-10 il əvvəl) hemodializ xəstələr, hemofili və ya bənzəri qan məhsulları tələb edən xəstələr, hepatit C xəstəsi olub və uşaq sahibi olan analar 1 il içində hepatit C analizi etdirməlidir.
HEPATİT C , HEPATİT B VƏ AIDS QAN VƏ CİNSİ YOLLA BULAŞAR...
Hepatit C də müalicə xəstəliyin dərəcəsinə görə təyin olunar. Xəstəliyin kəskin və ya xroniki halda olması böyük əhəmiyyət kəsb edir. Ümumi halda isə:
a) İnterferon (həftədə 3 dəfə ineksiya edilir).
b) Uzun təsirli interferon (həftədə 1 dəfə ineksiya edilər).
c) Ribavirin – Bu dərmanlar tək və ya kombinə edilmiş halda həkim tərəfindən istifa- də edilir.
Kəskin Hepatit C-də müalicə: Ümumiyyətlə klinikası olmadan keçirilməsi səbə-bilə hepatit C kəskin dövrdə müalicədən qalır. Və çoxu xəstədə virus xronikiləşmiş infeksiya halında ikən müəyyən edilir. Ancaq bu xəstəlikdə bir çox həkimlər kəskin dövrdə anti-viral müalicə tətbiq olunduqda xəstəliyin xronikiləşməyəcəyini güman edir. Aparılan tədqiqatlar zamanı kəskin dövrdə müəyyən olunan və 6 ay boyunca interferon müalicəsi alan xəstələrin 98%-ində xəstəliyin qandan tamamilə itdiyi, və qaraciyər fermentlərinin normallaşdığı müəyyən olunmuşdur.
Xroniki hepatit C müalicəsində: 2 dərman istifadə edilir. Bunlar ribavirin və interferondur. Ancaq hər xəstə üçün bu iki dərman tətbiq oluna bilməz. Buna ən gözəl qərarı həkim verəcək. Ancaq interferon və ribavirin istifadəsində xəstələrdə uzun davamlı müalicədə nəticə əldə edilməkdədir. Yeni işlərdə daha uzun təsirli olan bir interferon növü peginterferon ilə ribavirinin bir yerdə istifadə edilməsinin çox yaxşı nəticələr ortaya çıxardığı müşahidə edilmişdir. Və bu müalicə artıq standart müalicə olaraq ortaya çıxmışdır. Edilən işlərdə bu müalicə ilə təxminən 50% -dən bir müvəffə-qiyyət təmin edilmiş və qanda hepatit C müəyyən olunmamışdır.
Müalicənin müddəti 6 ay -ilə 1 il arasında dəyişər. Genotip 2 və genotip3 olanlar-da müalicə 6 ay Genotip 1 olanlarda 1 il davam edər. HCV genotip 2 və genotip3 olanlarda müaləcə daha ideal tətbiq olunur.
HCV Genotip 1 qrupu xəstələr, sıx depresiyası, ürək narahatlığı olan xəstələr də anti virual müalicə yaxşı variant deyil. Bu xəstələr spirt və siqaret istifadə etməməli, istifadə olunan dərmanlara diqqət yetirilməli və həkimlə bu mövzu müzakirə edilməlidir. Bu cür dərmanlar istifadə edilməməlidir. Xəstələr Hepatit A və B üçün vaksinasiya olunmalıdır.
Qaraciyər fermentləri yüngül yüksələn və qaraciyər biopsiyasında fibroz və ağır ziyan olmayan xəstələrin həkimləri tərəfindən izlənilməsi tövsiyə edilir. Bu xəstələrə nizamlı olaraq qaraciyərin ferment analizləri və hər 3-5 ildə bir qaraciyər biopsiyası etdirmələri təklif olunur. Bəzi xəstələr anti-virual müalicəyə müsbət cavab verməz və qanda virusun nisbəti düşməz. Ancaq bu xəstələrdə siroz meydana gəlməsinin və qaraciyər xərçəngi riskinin anti-viral müalicənin vasitəsilə azaldığı müəyyən olunmuşdur. Heç olmasa bu vəziyyət belə təsəlli vericidir.
HEPATİT C VƏ EVDƏ MÜALİCƏ: Ev müalicəsində fəaliyyətlər yavaşıdılmalı yorucu hərəkətlərdən qaçılmalı, yorulduqda hərəkətləri yavaşladaraq istirahət edilmə- lidir.
Kəskin Hepatit zamanı diyeta: Ən əhəmiyyətli ünsürlərdən biri kəskin hepatit diyetasında maye qəbuludur. Bulantı və qusmanın yaradacağı maye itkisi konpensə olunmalıdır. Zülal nisbəti aşağı, kalori nisbəti yüksək bir hepatit diyetası həkimlər tərəfindən təklif edilməkdədir. Əgər içdikdə narahatlıq vermirsə təbii meyvə suları içilə bilər. Yağlı yeməklərdən isə qaçınılmalıdır. BU DÖVRDƏ ƏN ƏHƏMİYYƏTLİSİ SPİRT VƏ QARACİYƏRİ NARAHAT EDƏCƏK DƏRMANLAR İSTİFADƏ ETMƏMƏKDİR. BU VƏZİYYƏT QARACİYƏR İLTİHABI VƏ QARACİYƏR ZƏRƏRİNİ ARTIRACAQ. Burada ən əhəmiyyətli ünsür dərman qəbulunu həkimlə danışaraq nizamlamaqdır.
Qarşısı alına bilməyən və müalicəyə cavab verməyən fibrozla gedən Hepatit C hadisələrindən sonra qaraciyər funksiyalarını icra edə bilməz bir hala gəlsə artıq bu xəstələr qaraciyər nəqlinə namizəd xəstələrdir və transplantasiya lazımdır.
Hepatit D: Əsas etibarilə hepatit B virus daşıyıcısı olan və damar daxili narkotik istifadə edənlərdə aşkar edilir. Aralıq dənizi hövzəsi ölkələrində daha sıxdır. Hepatit B ilə eyni anda yoluxduğundan tək başına hepatit B infeksiyasına bənzər bir klinika göstərir. Sonradan var olan hepatit B də yaransa daha kəskin bir hal yaranar. Hepatit D əsas olaraq virus saxlayan çirkli şpris istifadəsi və ya çirkli qan və qan məhsullarının nəqli ilə yoluxar. Bu virusu yoluxmuş insanlar yayır. Virus yalnız hepa-
tit B virusu ilə yoluxmuş şəxslərdə xəstəlik törədir.
Hepatit E: Bu xəstəliyin əlamətləri hepatit A-ya bənzəyər. Hind Okeanı bölgə-sində, Afrikada və inkişaf etmiş ölkələrdə daha sıx yayılmlşdır.
Yeni təyin olunan üç virus haqqında çox az şey bilinir. Son zamanlarda virual hepatit faktoru olduğu üman edilən beş yeni virus daha təyin olunmuşdur.
Qaraciyəri iltihablandıraraq hepatit meydana gətirən digər xəstəliklərin virusları isə bunlardır: su çiçəyi virusu, infeksiyoz mononekleaziz virusu və sitomegalovirüs.
A, B, D, E hepatit xəstələrin çoxu tamamilə yaxşılaşarlar. Bir neçə ay ara ilə yüngül alovlanma hücumları görünə bilər. Hər dəfə əvvəlkindən daha yüngül keçər. Ancaq bu təkrarlanmalar, tam yaxşılaşma olmayacağını göstərməz. Hepatit A səbəbiylə ölüm nisbəti, D və B hepatite görə daha azdır. E hepatite bağlı ölüm nisbəti isə bilinməməkdədir. Hepatit B xəstələrini 5-10%-ində və hepatit C hadisələrinin 80%-den çoxunda xroniki qaraciyər xəstəliyi inkişaf edər. Xroniki xəstəlik yüngül seyr edə biləcəyi kimi irəliləyərək sirroza da səbəb ola bilər. Xroniki persistan və xroniki aktiv hepatit olaraq təyin olunan və xəstəlik fəaliyyətini göstərən iki tip xroniki qaraciyər xəstəliyi vardır; ancaq xəstə qaraciyərdə eyni anda fərqli bölgələrdə fərqli tiplər tapıla bilər. Xroniki hepatit sonunda siroz ilə nəticələnər. Ümumiyyətlə xəstəliyin seyrini izləmək üçün biopsiya edilir. Kəskin hepatit sonrasında xroniki qaraciyər xəstəliyi inkişafının səbəbləri hələ bilinməməkdədir.
Rezistentlik: Hepatit A virusu 60 C də 1 saat sağ qalır, 100 C də 5 dəqiqə qaynatmaqla ölür. Hepatit B virusu 60 C də 4 saat sağ qalır, 100 C də 10 dəqiqə qaynatmaqla ölür. Hepatit C virusu 60 C də 10 saat sağ qalır, 100 C də 5 dəqiqə qaynatmaqla ölür. Hepatit virusları quruluğa olduqca dayanıqlıdır. Hepatit A və B viruslarının hər ikisi də 180 dərəcəlik sobada 1 saata ölür. Ultrabənövşəyi şüalar A, B və C tipi hepatit viruslarının üçünü də 1-2 dəqiqədə öldürər. 10-15 ppm xlor konsentrasiyasında 30 dəqiqədə inaktivləşir. Hepatit A virusları +4 C də (soyuducu istiliyi ) həftələrcə aktiv qalarlar. B viruslarının da –20 dərəcəlik mühitdə 15 ilə kimi uzun bir müddət canlılıqlarını qoruduqları müəyyən olunmuşdur. Hepatit A virusunun şirin su və dəniz suyunda aylarca fəaliyyətini qoruduğu müəyyən olunmuşdur. Hepatit A viruslarının torpaq və sintetik səthlərə bulaşdırılmış qurumuş nəcisdə aylarca canlı qala bildiyi, Hepatit B viruslarının isə xarici mühitdə 30 günə qədər canlı qala bildiyi təsbit edilmişdir.


Tarix: 08.01.2015 / 15:56 Müəllif: Aziza Baxılıb: 457 Bölmə: Saglamliq
loading...