Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ofis şəraitinin səbəb olduğu xəstəliklər

Davamlı olaraq eyni vəziyyətdə oturmaq, yerindən tərpənməmək, gozlərini monitora zilləyərək oturmaq, bütün günü eyni hərəkətlər bunlar hər gün ofisdə rastlaşdığımız hərəkətlərdir. Yeni Zellandiya elm adamlarının apardığı bir araşdırmada ofis şəraitinin bir çox xəstəliyə səbəb olduğu bildirilmişdir.

Ofis şəraitində insanlar aşağıdakı sağlamlıq problemləri ilə üzləşə bilərlər.
• Əzələ ağrıları-gün ərzində eyni vəziyyətdə əyləşərək əzələlərin hərəkətsiz qalması nəticəsində bel, boyun, kürək, diz ağrılarına səbəb olur. Davamlı olaraq kompüterin klaviaturasından isifadə etdiyimizdə bilək əzələlərində problemlər yaranır.
• Gərgin iş, yüksək təzyiq ürək və damar xəstəliklərinə səbəb olur. Tədqiqatlar tromb xəstəliyindən əziyyət çəkənlərin 60%-nin ofis işçiləri olduğunu göstərirlər.
• Ofis şəraitində gərginlik, əsəb, və s bu kimi problemlər depressiyaya səbəb olur.


Tarix: 08.01.2015 / 15:42 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: Saglamliq
loading...