Nyu Yorkun Bufallo unversitetinin müəllimi və Milli Tədqiqat Agentliyinin əməkdaşı professor Lisa Rafalson bu yaxınlardakı araşdırmalarında müəyyən etmışdir ki, müntəzəm olaraq hər gecə 6 saatdan az yatmaq qissa müddətdə qandakı şəkərin miqdarını sürətli şəkildə artırır.
Şəkərli diabetin yaranmasına səbəb bədəndəki insulinin hüceyrələrə nəqli zamanı yaranan pozğunluq nəticəsində qlükozanın qanda qalması və bu zaman mədəaltı vəzin normadan artıq insulin ifraz etməsidir.
Rafalson və onun əməkdaşları 11 martda Nyu Yorkda keçirilən Amerika Ürək Assosiasiyasının illik 49-cu konfransındakı çıxışları zamanı bunun genetik bir problem olmaqla yanaşı yuxu ilə də sıx əlaqəli olduğunu söyləyiblər. 1996-2001-ci illəri əhatə edən araşdırma zamanı qanında qlükozanın miqdarı 100 milliqramdan az olan 91 iştirakçı ıştirak edib. Nəticədə məlum olub ki, müntəzəm olaraq iş həftəsi ərzində 5 gün 6 saatdan az yatan zaman qandakı qlükozanın miqdarı 100 milliqramdan 125 milliqrama qalxa bilər.
Professor Lisa Rafalson çıxışı zamanı: Çox səthi yanaşdığımız yuxusuzluğun orqanizmimizdə ağır fəsadlar törədə biləcəyini unutmamağı məsləhət görüb. Həmçinin xanım Rafalson qeyd etmişdir ki, bizim bu tədqiqatımız yuxusuzluğun insan orqanizminda daha nə kimi fəsadlara yol açdığını araşdırmağa zəmin yaradır.
Tarix: 08.01.2015 / 15:49 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Saglamliq