Bildiyimiz kimi adi saç tökülmələri irsən və ya vitamin çatışmamazlığından yarana bilir. Ciddi saç tökülmələri isə daxili xəstəliklərdən qaynaqlana bilər.
Bu baxımdan həmin xəstəlikləri müalicə etmək və saç dibini xüsusi qidalandırmaqla saç tökülməsinin qarşısını almaq olur. Bu cür xəstələrə vitamin preparatlarıda kömək edir.
Məlumata görə Ankara Universitetinin tədqiqatçıları nanotexnologiyanın köməkliyi ilə təbii bitki özləri inkişaf etdirərək saç tökülməsinin həll yolunu müəyyən ediblər.
Onlar 5 gündən etibarən yenidən saçların çıxmasını təmin edə bilirlər.
Bu texnologiyayla, yalnız kosmetik və tibb sahəsində deyil, kənd təsərrüfatı, tekstil, sənayedə, mədən və s. sahələrdə tətbiq edilir. Hər hansı bir kimyəvi, hormonal və ya genetik təsir yaratmadan, tamamilə fiziki xüsusiyyətlərin nano ölçülərdə müəyyən prinsipinə söykənir və həyatımızda əhəmiyyətli müsbət dəyişikliklər edir.
Məlumatda oda bildirilir ki, saç tökülməsində tüklərin zəifləməsi səbəbi ilə saçlar uzanmır. İnkişaf etdirilən texnologiya isə bu cür tükləri təbii məhsullarla bəsləyib qalınlaşdırır və beləcə saçların yenidən uzanmalarını təmin edir.
Onuda qeyd etmək lazımdır ki, saç tökülməsi əsasən sinir sistemi ilə bağlı yaranır. Bu baxımdan hər şeyə əsəbləşməmək, stress yaradacaq insanlardan və ya yerlərdən uzaq olmaq lazımdır. Həmçinin komputerin qabağında oturmaq da saçlara zərərlidir. Dəridə ağ ləkələr əmələ gətirə bilər.
Tarix: 08.01.2015 / 11:05 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: Saglamliq