İstirahət etməklə də yorğunluqdan qurtula bilmirsinizsə, özünüzü süst, əldən düşmüş hiss edirsinizsə, demək, xroniki yorğunluq sindromuna yoluxmusunuz.
Bu xəstəliyə daha çox gənclər arasında rast gəlinir və vaxtında müalicə olunmadıqda psixoloji və fizioloji xəstəliklərlə nəticələnir.
Mövsüm dəyişikliyi nəticəsində də xroniki yorğunluq yaranır, 3-6 ay davam edir və uzunmüddətli istirahət zamanı da keçmir. Bu yorğunluğu törədən səbəblərdən biri də stresdir. Evdə, işdə üzləşdiyimiz problemlər, yaşanan gərginlik, əsəbi vəziyyət stresi törədən amillərdir.
Xroniki yorğunluğun əsas əlamətləri aşağıdakılardır:
1) Yuxudan çətinliklə oyanma;
2) Şişkinlik və qızartı olmadan meydana çıxan oynaq ağrıları; diqqət dağınıqlığı;
3) Boğaz, əzələ, həmişəkindən fərqli olan baş ağrıları, halsızlıq;
4) Özünü halsız, enerjisi bitmiş kimi hiss etmək və s.
Əgər bu amillər sizdə varsa, mütləq həkimə müraciət edin və vaxtında müalicə alın.
Tarix: 08.01.2015 / 14:12 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Saglamliq