Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alimlər: qadınlar siqaretdən 30 yaşınadək imtina etməlidirlər

30 yaşınadək siqaretdən imtina edən qadınlar tütün çəkməklə bağlı olan xəstəliklərdən ölmək riskini az qala heçə endirmiş olurlar.

Bu nəticəyə Britaniya alimləri milyondan çox qadının iştirak etdiyi tədqiqat nəticəsində gəliblər.
15 il ərzində aparılan araşdırmanın yekunları nüfuzlu Lancet dərgisində dərc olunub.

Tütünə aludəçəlik ömrü 10 ilədək qısaldır, deyilir məqalədə.
30 yaşınadək siqaretdən imtina edənlərin ömrü tütünə heç baş qoşmayanlara nisbətdə cəmi bir ay qısala bilər.

Hətta gündə 10 siqaretdən az çəkənlər arasında ölüm halları heç çəkməyənlər qrupuna nisbətdə daha çox qeyd olunur.
Tədqiqat müəlliflərindən olan Oxford Universitetinin professoru Richard Petonun sözlərinə görə araşdırma siqaret zərərini açıqca sərgiləmiş oldu.

"Siqaret çəkən və çəkməkdə davam edən qadınların yarısından çoxu tütün çəkməklə bağlı xəstəliklərdən öləcəklər".
Zərərli aludəçilik hər il 5 milyonadək adamın ölümünə səbəb olur.


Tarix: 08.01.2015 / 13:38 Müəllif: Aziza Baxılıb: 22 Bölmə: Saglamliq
loading...