Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sağlam və xoşbəxt olmağın yolu

Xoşbəxt olmaq həqiqətən bəziləri üçün çox asan bəziləri üçün isə çətindir. Bəziləri üçün isə nəfəs almaq özü bir xoşbəxtlik sayılır. Təbii ki, bu sırf sağlamlıq baxımından deyilir. Bunun üçün mənəvi cəhətdən zəngin və elmli olmaq tələb olunur. Sağlam və mənalı həyata qovuşmağın əsas sirlərindən biri düzgün tərtib olunmuş gündəlik rejimə riayət etmək, həmin rejimdə isə qidalanma rasionu ilə bərabər, idmanda nəzərdə tutduğunuz nəticələr üçün plan hazırlamaqdır. Ora həyatınızın ən yüksək mərhələsində duran istəyinizi, bunun üçün nə etməli olduğunuzu və bütün bunların nə qədər vaxt alacağını yazın. Sonra hər gün yazdıqlarınızın üzərində işləyin. Misal üçün əgər artıq çəki probleminiz varsa, siz 5 kq arıqlamaq istəyirsinizə hər gün dieta saxlamalısınız, kalorili, yağlı yeməklər yeməməlisiniz, hər gün səhər tezdən idmanla məşğul olmalısınız. Bu sizin ən azı 2 ay vaxtınızı almış olar. Amma nəticədə siz istədiyiniz və arzuladığınız bir bədən fiqurasına sahib olacaqsınız. Bunun üçün hətta siz öz plan gündəliyinizə nə etməli olduğunuz haqqında faydalana biləcəyiniz dəyərli məlumatlar əldə edib yaza bilərsiniz. Bu sadəcə sizin istəkləriniz üçün nə etməli olduğunuza bir misal idi. Öz istəkləriniz üzərində işləmək üçün hər zaman irəli addım atmaq və arzularınız üzərində, həyatınızı dəyişmək istədiyiniz yöndə səylə çalışmalısınız. Belə olan halda istədiyiniz hər şeyə nail olacaqsınız.


Tarix: 08.01.2015 / 13:08 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Saglamliq
loading...