Siqaretin zərərləri haqqında dəfələrlə yazılıb onun sağlamlığımıza vurduğu ziyandan tutmuş hər gün minlərlə insanın siqaretdən ölməyinə qədər hamısı qeyd edilib.
Lakin qapalı bir şəraitdə məsələn maşında və ya evdə siqaret çəkərkən özümüzlə bərabər ətrafımızdakıların da sağlamlığını böyük bir təhlükə altında qoyduğumuzu bilirdinizmi?
Hətta mütəmadi olaraq içərisində siqaret çəkilən bir maşın sonradan içərisində siqaret çəkilməsə belə onun oturacaqlarına hopmuş zəhərli maddələr ucbatından təhlükəli sayılır.
Bu kimi vəziyyətlərdən ən təhlükəlisi isə evdə çəkilən siqaretdir, siqareti evdə çəkərkən təbii ki, onun tüstüsü və bu tüstü ilə ondan ayrılan zəhərli maddələr evin içərisinə əsasən də döşəmədəki və divardakı xalçalara hopur, əgər həmin evdə uşaq varsa və nəzərə alsaq ki, körpələr xalçanın üzərində oynayır, iməkləyir körpəni necə bir təhlükə ilə qarşı-qarşıya qoyduğumuzu başa düşmək elədə çətin deyil.
Tarix: 08.01.2015 / 15:34 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Saglamliq