Mütəxəssislər tərəfindən aparılan tədqiqatlara görə yeməklərdən dərhal sonra orqanizm üçün zərərli hesab olunan adət halına gəlmiş işlərlə məşğul olmaq olmaz.
Bu işlərə siqaret çəkmək, yeməkdən dərhal sonra meyvə yemək, çay içmək, kəməri boş saxlamaq, idmanla məşğul olmaq və ya qaçmaq, vanna və ya duş qəbul etmək, dərhal yatmaq da daxildir. Yeməkdən sonra siqaret çəkmək zərərlidir. Belə ki, tədqiqatlara görə, yeməkdən dərhal sonra istifadə etdiyiniz bir siqaret,
10 siqaret çəkməyə ekvivalent sayılır. Bu vəziyyət pis xəstəliklərə tutulma riskini artırır. Yeməkdən sonra yeyilən meyvə, mədənizin hava ilə dolmasına səbəb olur.
Meyvələri yeməkdən 1 saat əvvəl və ya yeməkdən 1-2 saat sonra yeməyiniz sağlamlığınız baxımından daha faydalı olar. Yemək yedikdən sonra dərhal çay içmək düzgün hesab olunmur. Türk mədəniyyətinin ən əhəmiyyətli vərdişlərindən biri olan yeməkdən sonra çay içmək də sağlamlıq baxımından faydalı görünmür.
Çay, qəbul etdiyimiz qidalardan aldığımız zülalların gec həzm olunmasına və alınan vitaminlərdən tam fayda alınmamasına səbəb olur.
Xüsusilə "anemiya" sı olanların buna çox diqqət etməsi lazımdır. Çay üçün ən doğru zaman, yeməkdən ən azı bir saat sonra çay qəbul etməkdir.
Yeməkdən dərhal sonra içilən çay, tərkibində dəmir olan qidaların və yeməklə birlikdə alınan (Fe) mineralının bədən tərəfindən istifadəsində əngəllər yaradır.
Əsla kəməri boş saxlamaq da olmaz. Yeməkdən sonra kəməri boşaltmaq, bağırsaq düyünlənməsinə səbəb ola bilər.
Yeməkdən sonra idmanla məşğul olmaq, xüsusi ilə idmanın qaçış növü ilə məşğul olmaq qəbul etdiyiniz qidalarda olan elementlərin düzgün həzm edilməməsinə,
yəni yediyiniz yeməyin fayda baxımından heç bir mənasının qalmamasına səbəb olur.
Qaçış idman növü ilə məşğul olanlar bu işlə 1 saat sonra məşğul olsalar hər cəhətdən daha faydalı olar.
Yeməkdən sonra vanna və ya duş qəbulu da düzgün deyildir. Bu da həzm sistemi baxımından zərərlidir. Həmçinin dərhal yatmaq da olmaz.
Yeməyin dərhal ardından yatmaq da həzm sisteminin kifayət qədər işləməməsinə və bağırsaq iltihablanmalarına və mədə xəstəliklərinə gətirib çıxarır.
Bundan başqa yeməyin ardından dərhal yatmaq artıq çəki almağınıza da səbəb olar.
Tarix: 08.01.2015 / 13:32 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Saglamliq