İnsan orqanizmində dəmir əskikliyinin səbəblərindən biri "anemiya" adlandırılan qan azlığıdır. Bu vəziyyət, qana qırmızılıq verən hemoqlobinin azalmasıyla ortaya çıxır.
"Dünya Səhiyyə Təşkilatı"-nın təyin etdiyi cədvələ görə, hemoqlobin piqmentinin əhəmiyyətli parçası olan dəmir, kişilərdə 13g/dl, qadınlarda 12 g/dl olmalıdır.
Onuda qeyd etmək lazımdır ki, müxtəlif səbəblərdən ortaya çıxan anemiya xəstəliyi dəmir, fol turşusu və ya B12 vitamini əskikliyinə bağlı olaraq inkişaf edir.
Xüsusi ilə qatı pəhrizlərdən, nizamsız qidalanmadan, irsi və başqa faktorlardan bir sıra simptomlar əmələ gəlir.
Bu əlamətlərə halsızlıq, dərinin solğun görünməsi, baş gicəllənməsi, ağız kənarlarında çatlar, dırnaqlarda şəkil pozuqluğu və saç tökülməsi aid edilir. Beləki:
- Halsız olanlarda və "Anemiya" xəstələrində yetərli hemoqlobin olmadığndan sağlam qan hüceyrələri istənilən səviyyədə olmur. Buda gün ərzində halsızlığa və yorğunluğa şərait yaradır;
- Hemoqlobin piqmentinin ən əhəmiyyətli parçası olan dəmir mineralının az olması dərini solğun göstərir;
- Qan azlığında irəliləyən mərhələlərdə baş dönmələri olur. Xüsusilə qatı pəhrizlər edən və səhv qidalanan insanlarda bu hallar baş verir;
- Dəmir əskikliyinə bağlı olaraq ortaya çıxan ağız içi yaralar, dodaq və ağız kənarlarında meydana gələn çatlar anemiya xəstələrində daha çox olur;
- Bu xəstələrin dırnaqlarında şəkil pozğunluqları, qırılma və ya krekinq kimi çətinliklər yaranır;
- Xəstəliyin irəliləyən mərhələlərində ciddi saç tökülmələri ola bilər.
Tarix: 08.01.2015 / 11:58 Müəllif: Aziza Baxılıb: 22 Bölmə: Saglamliq