Elmin və texnologiyanın inkişafı və həyatımızda önəmli yer alması danılmaz bir faktdır. Dövrümüzdə texnikanın bizə verdiyi rahat həyatdan istifadəsiz yaşamaq az qala mümkünsüz hala gəlib. Mobil telefon, televizor pultu və s. bu kimi yeniliklər həyatımızın önəmli bir hissəsinə çevrilib bu yeniliklərdən biridə saç qurutmaq üçün istifadə etdiyimiz fenlərdir. Lakin son zamanlar aparılan tədqiqatlar göstərir ki, fenlərin faydası ilə bərabər onun insan sağlamlığına ciddi şəkildə mənfi təsiri də mövcuddur. Belə ki, aparılan tədqiqatlarda müəyyən olunmuşdur ki, fenləri baş nahiyəsinə həddən artıq yaxın tutan zaman insan elektromaqnit radiasiyasına məruz qalır ki, bu da immun sistemin pozulması başda olmaqla digər bir sıra problemlərə səbəb olur. Bu radiasiya ən çoxda uşaqlar üçün təhlükəlidir və mütəxəssislər körpələrin saçlarını yalnız dəsmalla qurutmağın düzgün olduğunu bildirirlər.
Tarix: 08.01.2015 / 15:23 Müəllif: Aziza Baxılıb: 47 Bölmə: Saglamliq