Bəzi insanlar, aldıqları çəkiləri vermək üçün qış aylarında çox enerji sərf edir. Lakin, bir çoxları istənilən effekt əldə etmir.
Bunun obyektiv səbəbləri olmasına baxmayaraq yaz istilərində alınan kiloları artıq müasir texnologiyalar vasitəsi ilə azaltmaq olur.
Bu texnologiyalardan biri "soyuq texnologiyadır". Həftədə üç kilo almaq çox asankən, həftədə bir kilo vermək çox çətin ola bilər.
Bu baxımdan rejimə və idmana başlayanlar da buna üstünlük verə bilər.
Belə ki, soyuq texnologiya ilə kilolu bölgədəki yağ hüceyrələrini cərrahi müdaxiləyə ehtiyac qalmadan donduraraq yox etmək, ağrıya səbəb olmayan üsulla ağrısız yağ hüceyrələrini donduraraq zəiflətmək olar. Bədənin daxilində hər hansı bir qanama və ya göyərmə də olmaz.
Tək seansda 70 dəqiqə ərzində 8-10 sm arıqlamaq mümkündür.
Onuda qeyd etmək lazımdır ki, sürətli həyat şərtlərinin yorucu iş tempində olanlar və ya zaman məhdudlaşdırması yaşayanlar, fast-food yeməklərlə qidalananlar, idmana vaxt ayırmayanlar, rejimə baxmayaraq çəki ata bilməyənlər və hamiləlik kilosundan qorxanlar üçün bu texnologiya nisbətən təsirlidir.
Tarix: 08.01.2015 / 11:05 Müəllif: Aziza Baxılıb: 26 Bölmə: Saglamliq