Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cavan qalmanın 4 səbəbi

Hər kəs uzun ömürlülüyün sirrini axtarır. Lakin cavan qalmaq yalnız bir faktdan asılı deyil. Qocalmanın qarşısını almaq və ya qocalmanı ləngitməyin bir neçə yolu və üsulu var.
Aşağıda, Doktor Manny Alvaresin qocalmanın qarşısını aldığını düşündüyü 4 fakt qeyd olunmuşdur:
1.Hər zaman gündən mühafizə vasitələrindən istifadə edin.
Müntəzəm olaraq, günəşdən mühafizə olunan kremlərdən və digər vasitələrdən istifadə, dərini günəşin zərərli təsirindən mühafizə edir və dərini cavan saxlayır.
Lakin kremlərdən istifadə edərkən diqqətli olun. Dəri xərçənginin qarşısını alan və dərini cavanlaşdıran kremlərə üstünlük verin.
2. Aralıq dənizi pəhrizindən istifadə edin.
Qida rasionunuzda, zeytun yağına, tərəvəzə və balığa üstünlük verin. Bu məhsullar beynin qocalmasının qarşısını alır və işləmə qabiliyyətini dəfələrlə artırır.
Bu cür qidalanma, həmçinin ürək qandamar sisteminin xəstəliklərinin qarşısını alır, diabetə tutulma ehtimalını azaldır və həmçinin xərçəngin bəzi növlərinin yaranma ehtimalını minimuma endirir.
3. Zehnin və bədənin gümrahlığı üçün məşqlər.
Krosvord həll etmək, dostlarnan şahmat oynamaq, daimi zehni işə salacaq məntiqli məsələləri həll etmək insan beyninin daim kəskin düşünməsini təmin edir.
Həmçinin bədənin gümrahlığı üçün, səhər və axşam yürüşləri, fiziki aktivlik, təbiət qoynuna çıxma və s. kimi fiziki hərəkətləri etmək lazımdır.
4.Stresin azaldılması.
Dərin tənəffüz məşqləri, məsələn yoqa və yaxud da stress anında tənəffüzün tempinin dəyişməsi çox faydalıdır.
Narahatçılığınızı öz qorxunuzda saxlamağınız sizi böyük stress altına salacaq ki, bu da daha tez qocalmaya səbəb olur.


Tarix: 08.01.2015 / 13:39 Müəllif: Aziza Baxılıb: 65 Bölmə: Saglamliq
loading...