Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arı məhsulları ilə müalicə

Bilməyib danışmaq,bilirkən susmaq qədər pis əməl hesab edilir.Buna görə də mən öz bildiklərimi sizinlə bölüşməyi özümə borc bildim.
Arı məhsullarının müalicəvi əhəmiyyətinin böyük olduğunu artıq hamı bilir,lakin,hansı xəstəliyə görə nəyin necə qəbul etmək lazım olduğunu çox az adam bilir.Biz həkimə gedərkən sağlamlığımızı kimə gəldi etibar etmirik,mütəxəssis axtarırıq,alınan dərmanların da keyfiyyətinə əmin olmaq istəyirik.Hər şeydən öncə isə dəqiq diaqnoz lazımdır.Bütün bunları deməkdə məqsədim,belə bir insanı tanımağımdır.
Əgər mənim "Arılar haqqında" məqaləmi oxumusunuzsa,onda bilirsiniz ki,bütün o məlumatları mənə Adil həkim demişdir.Onun haqqında da sizə məlumat vermək istəyirəm.
Adil Yusupov 1952-ci il təvəllüdlüdür.Əslində onu görənlər 15-20 yaş özündən cavan göründüyünü deyirlər ki,bunun da səbəbləri var,az sonra hamısını açıqlayacağam. O,Əzim Əzimzadə adına Rəssamlıq Akademiyasını bitirmişdir.Bir müddət inkrustatsiya(mebel üzlüyü ilə mozaika) ilə də məşğul olmuşdur.Demək olar ki,hər işdə bacarıqlı olduğundan musiqi alətlərində də notu bilmədən ifa etməyi bacarır.Bunlar haqqında çox danışmaq istəməzdim,onun haqqında yazmağımın başqa səbəbləri var.
Təsadüfi deyil ki,o, "20-21ci əsrin Yaradıcı insanları" haqqında kitabın 4-cü buraxılışında yer almışdır.Kitabın ilk səhifəsində Ulu Öndərimiz Heydər Əliyev və sonrakı səhifəsində onun davamçısı İlham Əliyev və Azərbaycanın 1-ci xanımı Mehriban Əliyeva haqqında məlumat verilir. Bu da kitabda qeyd olunan insanlara necə qiymət verildiyini göstərir.Siz də bu kitabdan Adil həkim haqqında məlumat ala bilərsiniz.
İndi isə onun müalicəsi haqqında danışım.Adil həkim özündə qeyri adi bacarıq və bioenerjiyə malik olduğuna görə müvafiq orqanlara müraciət etmiş,onlar da onun bu sahə üzrə savadlanmasına şərait yaratmışlar.Bununla əlaqədar olaraq Adil həkim psixologiya,parapsixologiya və apiterapiya kursunu bitirmiş və diploma laiq görülmüşdür.Sonradan o,bacarığını daha da artırmaq üçün Moskvada Yapon və Kareya həkimlərindən müalicəvi nöqtə masajını öyrənmiş və buna görə təsdiqlənmə sənədi almışdır.Hal hazırda Adil həkim neçə illərin praktikası ilə işləyir,arı məhsulları və Tibetdən gətirilmiş xüsusi masaj aparatı ilə ağır xəstəlikləri müalicə edir.Çox sadə olan bu müalicə üsulu ilə o,əvvəl xəstəliyin mənbəyini aşkar edir,arı məhsulları ilə immuniteti gücləndirir,əl nöqtə masajı ilə boyun və onurğa sütununun sinirlərini açır,xüsusi aparatla isə qan dövranını normallaşdırır.Bu vasitələr ilə insanın müqaviməti artır və orqanizmdə olan problemləri özü həll edir.Çünki,insan bədəni özünü qorumağa və bərpa etməyə malikdir,təki bütün qidalar təbii olsun.Adil həkim 88-ci ildən bu müalicə metodundan istifadə etmiş və olduğu yaşdan çox cavan görünür.
Bütün müalicələr iynəsiz,qansız,təbii yolla keçirilir.Onun müalicə etdiyi insanlar arasında şizofreniya,mədə-bağırsaq yarası,kolit(bağırsaq çatı),epilepsiyanın yüngül növü,ağır spazmalar,kəllə daxili təzyiq,insult,başda yaddaş pozğunluğu,qulaqda səs,karlıq.göz zəifliyi,zob,faringit,bronxial astma,boyunda jirovik,ciyər xəstəlikləri,vərəm,ürəyin aritmiyası,qarında diskbakterioz,qurd,qəbizlik,kişilərdə-prostat,cinsi zəiflik,qanda mikrob, qadınlarda-soyuqlama,palip,kista,fibroma(kiçik),uşaqlıq borusunda spayka,ağır bel ağrıları,ostoxontroz,onurğa sütunu yırtığı(4mm-ə qədər),daxili və xarici göbələk yaraları,revmatizm,artrit,artroz və bütün oynaq ağrıları xəstəlikləri vardır.Bütün bunlar xüsusi texnologiya ilə hazırlanmış və Yuneskonun qızıl medallarına laiq görülmüş arı məhsulları ilə müalicə olunur.


Tarix: 10.01.2013 / 13:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 578 Bölmə: Saglamliq
loading...