Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maddələr mübadiləsinin qış fəslində tənzimlənməsi

Hər orqanizm, böyümə, inkişaf, istilik, hərəkət və s. fəaliyyətləri davam etdirə bilmək üçün xarici ətrafdan bəzi maddələr və enerji qəbul edir.
Məlumata görə assimilyasiya prosesində reallaşan kimyəvi reaksiyalar birbaşa maddələr mübadiləsi ilə əlaqədardır. Maddələr mübadiləsini sürətləndirmək daha çox artıq çəkisi olanlara lazımdır. Bildiyimiz kimi, bu işdə idmanla məşğul olmaq, bol miqdarda maye qəbul etmək, su içmək, düzgün qidalanmaq vacibdir.
Maddələr mübadiləsinin düzgün və keyfiyyətli olması üçün ilk öncə bədənin vitamin və kalsiuma olan ehtiyacı təmin olunsa yaxşıdır.
Qış fəslində maddələr mübadiləsini tənzimləmək üçün gündəlik kalori ehtiyacı önəmlidir. Çünki, bədən aclıq rejimində olarsa maddələr mübadiləsi yavaşlayır.
Aşağıdakılara diqqət yetirmək də vacibdir:
Böyrəklərdə problem yoxdursa pəhrizə zülal qidalar əlavə etmək olar;
Həddindən artıq aclıq hiss etmədən əvvəl maddələr mübadiləsini tənzimləyən qidalardan istifadə edin;
İstəyə uyğun gün ərzində 3 əsas və ya 2 ara pay yeyin. Bu həddindən artıq yemək yeməyi önləməyə kömək edər;
Məlumata görə kafeindən, bitter şokolatından istifadə etmək maddələr mübadiləsini sürətləndirir. Yaşıl çayda faydalı hesab olunur;
Sinklə zəngin olan yeməklər aclığı azaltdığından istifadə edilə bilər. Məsələn buğda, ispanaq, balıq, göbələk, nar, xurma, kələm, brokoli, kartof;
Dolmalıq bibərdən yeməkdən sonra bir ədəd yemək pis olmaz;
Meyvələrdən istifadə zəruridir;
Paxlalılar, soya, fındıq, kəpəkli taxıl məhsullarınadan istifadə;
Az yemək yeyin amma aç qalmayın;
Yediklərinizə sərhəd qoymağı öyrənin;
Bundan əlavə yüksək sıxlıqlı məşqlər etməklə maddələr mübadiləsini tənzimləmək olar. Sürətli və keyfiyyətli maddələr mübadiləsi üçün idman proqramını artırmaq və qaçışla daha çox məşğul olmaq məsləhətdir. Maddələr mübadiləsini sürətləndirmək daha çox artıq çəkisi olanlar üçün idealdır.


Tarix: 08.01.2015 / 12:16 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Saglamliq
loading...