Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar nə üçün yazda belə üşüyür?

Günümüzdə qanazlığı nəticəsində baş verən yorğunluq, hərəkət edildiyində təngənəfəs qalma, ürək döyüntüsü kimi bir çox problemlər üşümə əlamətləri hesab olunur.
Qan azlığı zamanı yaz-qış aylarında üşümə hallarının olması, əl və ayaqlarda soyuqluq hissi yaradır.
Qan azlığında fiziki müayinə zamanı, xəstənin həkimə izahı və qan təhlilləri zamanı edilən tədqiqlər, qırmızı qan hüceyrələrinin mikroskopik olaraq araşdırılıması, qan hemoqlobinin, serium ferritin səviyyəsinin və dəmir bağlama tutumunun ölçüldüyü yer alır. Dəmir əksikliyi müalicəsində tətbiq olunan üsuldan 2 ay sonra xəstənin normala döndüyü bildirilir. Bu müalicə bir ilə qədər çəkə bilər. Körpələrə sirop və ya damla yolu ilə dərman vermək də olar.
Araşdırmalar, müalicələr nizamlı və fasiləsiz bir şəkildə aparılmalıdır. Qan azlığı problemi olan şəxslərin qidalanmalarına diqqət etməsi çox əhəmiyyətlidir.
Xüsusilə dəmir baxımından zəngin qidalar istifadə etmək lazımdır. Qırmızı ət, quru üzüm, bəhməz, yaşıl yarpaqlı tərəvəzlər, quru yemişlər, yulaf və soya südü qan azlığına xeyirli olan yeməklər arasındadır. Ancaq ət istifadəsini şişirtməmək lazımdır. Xüsusilə böyüklər üçün həddindən artıq çəki və xolesterin problem yarada bilər.
Bunun xaricində dəmirin sorulmasını pozacaq bəzi qidalardan mümkün olduğunca uzaq durulmalı, çay və qəhvə istifadəsi məhdudlaşdırılmalıdır.


Tarix: 08.01.2015 / 12:47 Müəllif: Aziza Baxılıb: 47 Bölmə: Saglamliq
loading...