Mövsümi dəyişmələr zamanı, pəhriz və ya hamiləlikdə olan saç tökülməsi günümüzdə asan müalicə olunur.
Belə ki, qandan alınan "platelet" adlı hüceyrələr saç tökülməsi problemini sadə yollarla həll edir.
Anesteziologiya mütəxəssislərindən Dr. Melik Külahçı, etdiyi şərhdə həmin hüceyrələrin saç köklərinin canlanmasını təmin etdiyini bildirib.
Bundan əlavə Külahçı, mövsümi dəyişikliklər zamanı, pəhriz edənlərdə və ya doğum sonrası saç itkisi olanlarda bu üsulun tətbiqindən danışıb.
Məlumata görə yara müalicəsində platelettən zəngin plazma olaraq istifadə edilib. ABŞ-da idmançılar üzərində tətbiq olunduğu da deyilir.
Amerikanın Qida İdarəsi (FDA)-nın razılığı olduğunu bildirir.
Saç tökülməsinə qarşı tətbiq olunan müalicədə bu hüceyrələr adamın öz qanından filtr edilərək saçlı dəriyə verilir. Həmin hüceyrələrin tərkibində sitokin və toxuma yeniləyici bioloji kimyəvilərin olduğu bildirilir. Bunlar adamın öz hüceyrələrindən meydana gəldiyi üçün əməliyyatdan sonra heç bir əks təsiri olmur.
Dr. Külahçı üsulun tibbdə ''Alopecia areata'' deyilən saç tökülməsində tətbiq olunduğunu da ifadə edib.
Tarix: 08.01.2015 / 11:17 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Saglamliq