Bahar digər fəsillər kimi öz gözəlliyi ilə fərqlənir. Başqa sözlə bahar ilin ən fəal fəsillərindən biri hesab olunur. Bu mövsümdə təkcə təbiət oyanmır, həm də insanın həyat qüvvələri fəallaşmağa başlayır. Bu baxımdan bir sıra həkimlər sağlamlıq proseduralarının çoxunu baharda yerinə yetirməyi tövsiyə edirlər. İllərlə orqanizmdə yığılıb toplanmış çöküntü və toksinlərdən təmizliyin məhz bu fəsildə effekt verdiyi bildirilir.
Əgər yazda baş ağrısı və yuxuyla bağlı probleminiz varsa, əzginlik, iş qabiliyyətinin azalmasını hiss edirsinizsə bu hal orqanizmin artıq tullantılarla dolu olduğunu ifadə edir. Bu problemi həll etmək üçün lazimi proseduralardan əlavə istək əsnasında faydalı hesab olunduğu bildirilən bitkilərdən istifadə etmək olar. Həmin bitkilərə göyərtilərdən göy soğan, cəfəri, kərəviz, şüyüd, zəncirotu, zəncirotu kökləri dəmlənməsi, zəncirotu çayı, çöl qatırquyruğu, bitkidən hazırlanmış çay aid edilir. Amma bütün bunlar orqanizmin sağlamlığı üçün kifayət deyil. Orqanizmin tam təmizlənməsi üçün xüsusi dərman bitkiləri və preparatları vacibdir. Bu bitkilər qanı təmizləməklə yanaşı, böyrəklərin, qaraciyərin və qan dövranı orqanlarının fəaliyyətini tənzimləməlidir.
Profilaktik yaz təmizləməsi kursu orqanizmin sağlamlaşdırılmasında vacib rol oynayır. Bu prosesin gicitkənlə həll edildiyi də bildirilir. Gicitkənin güclü təmizləyici vasitə olduğu deyilir. Onun orqanizimdən artıq tullantıları çıxarılmasında rolu olduğu, daxili orqanların funksiyalarını aktivləşdirməyə kömək etdiyi, həzm sistemini təmizlədiyi, qanda hemoqlobinin və eritrositlərin miqdarını artırdığı bildirilir. Həmçinin maddələr mübadiləsi zamanı yaranan artıq tullantıları azad etməklə bərabər, böyrəklərdən suyun ayrılmasına kömək edir. Bu bitkinin qiyməti həm də onun yazın əvvəlində çıxması ilə əlaqədardır. İlin bu vaxtı orqanizmin vitaminlərə olan təlabatı daha da artır.
Çünki yazda vitamin çatışmazlığının (avitaminozun) yarandığı deyilir. Bu baxımdan gündəlik qida rasionunda gicitkənlə hazırlanan yeməklər hazırlasaz faydalı olar.
Gicitkəndən hazırlanan çay da orqanizm üçün faydalı hesab olunur.
Tarix: 08.01.2015 / 12:59 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Saglamliq