Sağlamlıq əvəzolunmaz sərvətlərdən biridir. Gümrah və sağlam olmaq üçün təkcə vitamin kompleksi yetərli deyil.
Uzunömürlülüyə təsir edən qidalar arasında meyvə və tərəvəzlər də faydalıdır.
Avstraliyalı alimlər qəbul edilən qidaların tərkibinin B6 vitamini ilə zəngin olmasının sağlamlığa güclü təsir etdiklərini bildiriblər.
Bu vitamin tərəvəzlərdən əlavə banan, qoz, ət və sarımsaqda boldur.
İnsan orqanizminə və uzunömürlülüyə tərəvəzlərdən gülkələmi, turp, bibər, kök, meyvələrdən alma, gilas, üzüm və s. qidalar təsir edir.
İngilis elm adamları, Milli Sağlamlıq Anketinin məlumatlarına əsasən bildirib ki, anketdə iştirak edən 65 min 226 adam meyvə-tərəvəz artırdıqlarına görə özlərini daha sağlam hiss etdiklərini bildirib. Edilən tədqiqatda gündə 7 dəfə və ya daha çox meyvə-tərəvəz istifadə edənlərdə 42 faiz nisbətində uzun ömülülüyün artdığı müşahidə edilib. Xüsusilə təzə meyvə-tərəvəzlər güclü qoruma xüsusiyyətinə malikdir.
Tarix: 08.01.2015 / 11:50 Müəllif: Aziza Baxılıb: 24 Bölmə: Saglamliq