Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarın şişliyinə qarşı faydalı olan üsullar

Tətil mövsümü yaxınlaşarkən şüursuzca edilən qısa davamlı qatı dietalar və alınan yanlış qidalar qarında şişliyə və ya mədədə qaz yığılmasına səbəb ola bilər.
Bu kimi faktorlar üçün həkimə müraciət etmək və lazımi proseduraları gözləmək lazımdır.
Ancaq hər hansı bir sağlamlıq problemi yoxsa istəyə uyğun bəzi qidalarla da qarındakı şişliyin qarşısını almağın mümkün olduğu bildirilir.
Lifli qidalar, bitkilərdən hazırlanan qidalar, qəhvəyi düyü, kərəviz, su, banan qarın köpməsinə fayda verən qidalar hesab olunur.
Gündəlik paylarınızı lif baxımından zəngin qidalarla da başlaya bilərsiniz.
Lifli qidaladan kətan toxumunun, böyrəyin, çiyələyin, gül kələminin və s. qidaların bağırsaqlara kömək etdiyi deyilir.
Hindiba, zəncəfil, nanə çayı köpməni yüngülləşdirməyə yardımçı olur.
Qəhvəyi düyü bağırsaq funksiyalarına xeyirlidir.
Kərəviz tərkibindəki natrium və kalium sayəsində bədəndəki su tarazlığını nizamlamağa kömək edir.
Yeməkdən əvvəl otaq tempraturunda bir stəkan su içmək şişliyə yaxşı gəlir.
Bananın tərkibindəki kaliumun olması bədəninizdəki natrium səviyyəsini nizamlayır və şişliyə kömək edir.


Tarix: 08.01.2015 / 12:50 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Saglamliq
loading...