Qidalanma rejimi düzgün olmayan şəxslərdə həzmsizlik problemləri olur. Buna gün ərzində aldığınız mayelər, fasilə vaxtlarında üstünlük verdiyiniz qəlyənaltılar və yeməklər də təsir edir.
Ancaq bəzi üsullar var ki, günün sonunda insanı gümrah və yüngül hiss etdirir. Bu üsullara düzgün həyat tərzinin vacib elementləri (rejim, qida rasionu, işgüzarlıq, idman və s.) daxildir. Bəzi mütəxəssislər hesab edirlər ki, səhər ac qarnına içilən bir sıra eleksirlər, səhər yoqası, qidaların yavaş yeyilməsi, çoxlu maye qəbulu, ehtiyaca görə yuxu almaq, saqqız istifadəsinin məhdudlaşdırılması və s. amillər həm həzimsizlik problemlərini həll edir, həm də gün ərzində insanı gümrah və yüngül hiss etdirir.
Eliksir
Bir istəkan isti suya bir çay qaşığı limon suyu və ya bir iki ədəd limon dilimi əlavə etməklə hazırlanan eliksir səhər vaxtı aç qarnına içdikdə həzm sistemini işlətməyə başlayır, həzm problemlərini ortadan qaldırır və çəki vermənizə köməkçi olur.
Səhər yoqası
Həyatın yorucu tempinə özünüzü buraxmadan və günə başlamadan əvvəlcə beyniniz bir az rahatlansın. Bunun üçün yuxudan oyanan zaman səhər yogasına yalnız 5 dəqiqə sərf etmək yetərlidir.
Qidaların yavaş yeyilməsi
Səhər yeməyindən sonrakı paylarda xüsusilə diqqət yetirilməsi lazım olan cəhətlərdən biri qidaların yavaş yeyilməsi və daha kiçik boşqabların seçilməsidir.
Çoxlu maye qəbulu
Gün içərisində içdiyiniz su bir stəkanı keçmirsə günün sonunda həzmsizlik problemləri yaşamanıza səbəb olar. Bu baxımdan gün ərzində ən azı 2 litr su içmək lazımdır.
Saqqızdan çoxlu istifadə etməmək
Xüsusilə pəhriz edənlər aclıq hissini aradan qaldırmaq məqsədi ilə saqqız istifadəsinə üstünlük verir. Bu səhv düşüncələrdən biridir.
Çünki, saqqızdan istifadə edərkən ağızdan girən hava məzmunundakı şəkər spirti mədənizdə qabarıqlığa səbəb olar.
Ehtiyacınız olduğu qədər yatmaq
Yuxu problemləri çəkən insanlarda həzm problemləri də görülür. Buda yemək yemə meylinin artmasına və gün boyu həzmsizlik problemlərinin yaranmasına səbəb olur. Bu səbəblə gündə 8 saat yatmaq məsləhətdir.
Tarix: 08.01.2015 / 11:17 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Saglamliq