Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qış fəslində gümrah olmağın 10 yolu!

Bildiyimiz kimi insan həyatında ən önəmli ünsür can sağlığıdır. Bu baxımdan günümüzdə bir çox insanlar lazımi proseduralara əməl edərək sağlamlıqlarına ciddi fikir verirlər. Lakin cəmiyyətimizdə həyat tərzinin vacib elementlərinə əməl etməyənlər də var. Onların bir çoxu piylənmə və ya digər xəstəliklərdən əziyyət çəkir. Bütün fəsillərdə, xüsusən qış fəslində formada olmaq istəyənlər, istəyə uyğun aşağıdakı məsləhətlərə əməl edə bilərlər:
Sudan yetərincə istifadə etmək: Qış aylarında gözəl görünmək və formada qalmaq istəyənlər ilk növbədə su ehtiyacını qarşılamalıdırlar. Beləki, havaların soyuması zamanı insanlarda suya olan təlabat da azalır. Bu baxımdan qış fəslində bədəni suyla təmin etmək olduqca vacibdir. Bildiyimiz kimi susuzluq, acmaq hissini də yaradır. Həmin proses son nəticədə piylənmə və ya kökəlmə xəstəliklərinə səbəb olar. Məhz, buna görə gərəksiz bir zamanda aclıq hiss etdikdə 1 stəkan su içmək məsləhətdir. Aclıq hissi 10-15 dəqiqə içində keçmədikdə o zaman qida qəbulun başlatmaq olar.
Yemək souslarına diqqət: Souslu yeməklər gizli bir kalori qaynağı ola bilər. Bu baxımdan süfrədə müxtəlif cür faydalı salatların olması daha yaxşıdır. Salat hazırladıqda formada saxlayan tərəvəzlərə (xiyar və s.) üstünlük verilməlidir. Çünki, yağlı yeməklər və souslar üçün hazırlanan salatlara limon-sirkəsi, nar və s. dadlandırıcılar əlavə etdikdə gizli kalorilərə qarşı effektli sayılır.
Meyvə-tərəvəz istifadə edin: Gündə 5-7 boşqab meyvə-tərəvəz istifadəsi məsləhətdir. Əlavə olaraq 2 pay salat, bir pay tərəvəz yemək olar.
Bu miqdarları istifadə etdiyiniz zaman qəbizlik problemi azlmaqla, vitamin-mineral və antioksidant ehtiyacı qarşılanmış olacaq.
Fındıq və qoz: Gündə 10-15 dənə fındıq və ya 3-4 dənə qoz və ya 10 dənə yer fındığı yemək faydalıdır. Fındıq və qoz, E vitamini və Omeqa-3 cəhətdən zəngin qaynaqlardır.
Tam buğda və ya çovdar: Ağ və ya kəpəkli çörəklər yerinə, tam buğda və ya tam çovdar çörəyi yemək olar. Ağ çörəyə görə daha az kalori alarkən digər çörək məhsullarına görə daha yüksək sink almış olarsınız.
Kalorisi yüksək içkilərdən uzaq durun: Kremli və ətirli qəhvə yerinə süd məzmunlu qəhvələrdən, meyvə suları yerinə meyvə çayları istifadə edin. Qazlı içkilərin əvəzinə ayran və kefir içkilərinə üstünlük verin.
Çaylar: İmmunitet sistemi üçün ekinezya, adaçayı, böyürtkən, cökə və zəncəfil kimi bitki çaylarını seçim etmək olar.
Meyvə şirəsi əvəzinə meyvə qəbulu: Formada qalmaq üçün meyvə şirəsi əvəzinə meyvələrdən istifadə faydalıdır (Üzüm və s.). Çünki. meyvə suyu ilə aldığınız kalori miqdarı yüksək ola bilər.
Süd və süd məhsulları: Səhər yeməyində və ara paylarda süd və süd məhsullarından istifadə edin. Aparılan tədqiqatlara görə süd məhsullarında olan kalsium yağa yapışaraq həzmə uğramadan yaranan yağları atır.
Yumurta istifadəsi: Həftədə 2-3 dəfə yumurta istifadadə edin, xolesterolu yüksək olanlar üçün bu miqdar önəmlidir. Yumurtanı qaynadaraq və ya az yağlı omlet kimi yemək məsləhətdir. Yumurta uzun müddət toxluq hissi yaradır beləcə enerji alışı balanslaşmış olur.


Tarix: 08.01.2015 / 12:17 Müəllif: Aziza Baxılıb: 63 Bölmə: Saglamliq
loading...