Köklük orqanizmdəki kalori nisbətinin pozulması nəticəsində meydana çıxır. Belə hallarda orqanizmdəki yağ miqdarı artır. Çəkinin normadan artıq olması həmişə köklük deyil. Məsələn, əzələləri yaxşı inkişaf etmiş bir idmançının çəkisi normadan artıq olsa da, bu normadır. Çünki onun bədənindəki yağ miqdarı normaya uyğundur.
Normal çəkini müxtəlif cür hesablamaq olar. Bunun üçün istifadə olunan üsullardan biri də "boy" üsuludur. Bu üsula görə boyun hündürlüyündən 100 çıxmaqla normal çəki alınır. Məsələn, əgər boyun uzunluğu 170 sm - dirsə, deməli, bu adam üçün normal çəki 70 kq - dır. Lakin bu üsul həmişə özünü doğrultmur.
Normal çəkini hesablamaq üçün istifadə olunan digər bir üsul Boy Çəki İndeksidir (BÇİ). Bu üsulu riyazi şəkildə belə ifadə etmək olar:
Boy Çəki İndeksi (BÇİ) = Çəki (kq)/[Boy (m)]2
Əgər BÇİ 18,5 - dən kiçikdirsə, çəki normadan az, 18,5 - 24,9 arasındadırsa, normal, 25 - 29,9 arasındadırsa, normadan artıqdır. Əgər bu nisbət 30 - dan çoxdursa, deməli burada ifrat köklükdən söhbət gedir.
Ümumiyyətlə isə köklük iki cürdür. Bunlardan birincisi android tipli köklükdür. Buna başqa sözlə alma tipli köklük də deyirlər. Bu tipli köklüklərdə yağlar daha çox qarın nahiyəsində yığılır. İkinci tip köklük isə sinoid tip köklükdür. Buna başqa sözlə armud tipli köklük də deyirlər. Bu tipli köklüklərdə də yağlar daha çox qarından aşağı nahiyələrdə yığılır.
Bəs köklüyə səbəb olan amillər hansılardır? Təbii ki, bunun üçün müxtəlif səbəblər göstərmək olar. Köklüyə səbəb olan əsas amillərdən biri fiziki aktivliyin azalmasıdır. Bundan başqa, köklüyə səbəb olan amillər arasında qidalanma vərdişləri, yaş, cins və s. mövcuddur.
Digər tərəfdən, məlumdur ki, köklük sağlamlıq üçün ciddi təhlükələrə səbəb olur. Bu təhlükələrdən biri və ən birincisi isə xəstəlikdir. Köklüklə bağlı xəstəliklər arasında əsas yeri şəkər xəstəliyi tutur. Bundan sonra hipertoniya, tac - damar xəstəlikləri, öd daşı, dayaq - hərəkət sistemi xəstəlikləri, yuxu və psixoloji pozğunluqlar, mədə - bağırsaq xəstəlikləri və s. gəlir.
Köklüyə "tutulmaq" üçün yollar müxtəlif olduğu kimi, köklükdən xilas olmaq üçün də yollar müxtəlidir. Köklükdən xilas olmağın əsas yollarından biri də pəhrizdir. Ancaq pəhriz saxlayarkən diqqətli olmaq lazımıdır. Məsələn, pəhriz zamanı bir cür yeməklə kifayətlənmək olmaz. Digər tərəfdən, az - az və tez - tez yemək lazımdır. Yemık vaxtını keçirmək olmaz. Çörəyi qızardıb yemək heç də onun kalori miqdarını azaltmır. Əksinə tərkibindəki su buxarlandığı üçün toxluq hissi yaratmır və istər - istəməz daha çox yeməyə sövq edir. Çiy meyvə - tərəvəzdən mümkün qədər çox istifadə etmək lazımdır. Çünki çiy meyvə - tərəvəz toxluq hissi yaratmaqla yanaşı, minimum kaloriyə malik olurlar. Üstəlik, onlar vitamin və minerallarla da zəngindirlər. Pəhriz zamanı çörəyi və yağı kəsmək olmaz. Ən yaxşı halda ağ çörək əvəzinə kəpəkli çörəkdən, qatı yağ əvəzinə duru yağdan istifadə etmək olar. Gündə ən azı 7 - 8 stəkan su içmək lazımdır. Bundan başqa, yediklərinizi yaxşı çeynəməlisiniz. Pəhrizlə arıqladıqdan sonra yenidən kökəlmək maddələr mübadiləsini alt - üst etmək deməkdir. Bundan başqa, pəhrizlərdə daha çox toyuq və balıq ətinə üstünlük vermək lazımdır.
Tarix: 10.01.2013 / 13:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 490 Bölmə: Saglamliq