Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hava dəyişmələri sağlamlığa təsir edir

Hava dəyişmələri insan sağlamlığı üçün müyyən fəsadlar törədə bilər. Bu baxımdan daha çox qış aylarında soyuqdəymə və grip infeksiyalarından qorunmağa fikir verilməlidir. Xüsusi ilə gün ərzində yaranan istilik fərqləri bu iki xəstəliyin əlamətlərinin bir-birinə çox bənzədiyini göstərir.

Türkiyənin "Dənizli" Dövlət Xəstəxanasının Mütəxəssisi Dr. Melih Üstel bildirib ki, soyuqdəymə üst tənəffüs yollarını tutan viral bir infeksiyadır.
Bu xəstəliyin ilk əlamətləri burunda tıxanma, boğazda yanma, yüngül boğaz və baş ağrısı, asqırıq, şiddətli sulu burun axıntısı, yüngül halsızlıq, baş və əzələ ağrısıdır. Belə olduqda burun tıxanıqlığı və qoxu almada pozğunluq ola bilər. Soyuqdəymə və qripə tutulmuş şəxslər xüsusilə burun təmizliyindən sonra əllərini bol su və sabunla yumalıdırlar. Öskürdükdə və ya asqırdıqda ağız və burun nahiyələrini dəsmalla tez silməlidirlər.

Soyuqdəymə və qrip havadan keçdikdə yorğunluq, stress, allergik nazofarenks xəstəliklərinə səbəb olur. Bu baxımdan balanslı qidalanmaq əhəmiyyətlidir.
Bundan əlavə istəyə uyğun bol miqdarda B və C vitaminli tərəvəz və meyvələrdən istifadə etmək olar.

Onuda qeyd etmək lazımdır ki, bu cür xəstəliklər zamanı yaşadığınız mühitin quru olmamasına, daha çox nəmli olmasına fikir vermək, stressdən uzaq durmaq lazımdır. Soyuqdəymə immunitet sisteminə mənfi təsir etdiyindən spirt və siqaret kimi zərərli vərdişləri tərgitmək lazımdır.
Bu cür xəstəliklərin asan müalicə üsullarından biri istirahətdir. Boş vaxtınızı mənalı israhət ilə keçirdikdə belə maye qəbulu və balanslı qidalanmaq əhəmiyyətlidir.
Müalicə prosesində ağrı kəsici, qızdırma salıcı və s. faydalı dərmanlardan istifadə etmək uyğundur.


Tarix: 08.01.2015 / 11:04 Müəllif: Aziza Baxılıb: 23 Bölmə: Saglamliq
loading...