Belə bir məsəl var: “Yarmqarın yeyin ki, sağlam olasınız.”
Bəzən insan o qədər yeyib-içir ki, sonra tərpənməyə halı da olmur. Qarın köpür, nəfəs almaq mümkün deyil. Bu yerdə də deyirlər ki, “qarın doyur göz doymur”.
Görəsən, bu qədər yemək doğrudurmu? Görəsən insan nə üçün fasilə vermədən mədəni bu qədər yükləyir?
Hal-hazırki toylarımıza diqqət yetirsək görərik ki, süfrədə barmaq qoyacaq qədər belə yer olmur. Bir çox insanlarımız da hər şeydən yeyir, içir, sonra isə qalır belə.
Bəzən toylarımızdakı bu süfrə bolluğundan israfçılıq kimi danışsaq da, bir tərəfdən də baxanda bu insana bir növ seçim haqqı verir. Yəni orda müxtəlif növ salatlar varsa, bu o demək deyil ki, hamı hamısından bəyənir və yeməlidir. Biri birini bəyənər, biri digərini. Yəni israfçılıq bir yana bu daha çox zövq və seçim məsələsidir. İnsanın isə öz ağlı öz şüuru. Nədən nə qədər yeyəcəyinə və ya dadacağına özü fikir versin. Amma, bir tərəfdən də yuxarıda “qarın doyur, göz doymur” məsəli ki varee, yəqin ki bu süfrə bolluğunda da, bu məsəl öz təsdiqini tapa bilər. Mədə nə qədər doysa da göz doymaya bilər.
Nə isə keçim mətləbə, yəni, bir oturuma həddindən artıq çox yeməyin ziyanına.
Peyğəmbər (s) də buyurub ki, mədəni 3 hissəyə ayırın: bir hissəsini təam üçün, ikinci hissəsini su üçün, üçüncü hissəsini isə nəfəs çəkmək üçün boş saxlayın.
Nəfəs çəkmək üçün boş saxlamaq?! – buna artıq çatmırıq. Çünki, mədədə nəfəslik yer saxlamırıq. Bəs belə olan halda nə baş verir?
Bir kitabdan oxuduqlarım:
“İnsan nəfəs çəkəndə qarın boşluğunu göyüs qəfəsindən ayıran pərdə (diafraqma) hərəkət edir. Nəfəs alarkən ağ ciyərlərə hava dolub onları genişləndirir; bunun nəticəsində diafraqma aşağı çökür. Nəfəsi xaricə verərkən ağ ciyərlər boşalır, onların həcmi kiçilir, diafraqma yuxarı qalxır. Odur ki, tənəffüs insanın qanına oksigen daxil etməkən ötrü lazım olduğu kimi, həm daxili üzvləri soyutmaq, həm də mədəni hərəkətə gətirib, həzm işini nizama salmaq üçün lazımdır. Əgər mədə ağzına qədər qida ilə doludursa və orada boş yer qalmazsa, onun üstündə olan diafraqma üçün qalxıb düşməyə imkan olmaz. Bu halda tənəffüs çətinləşər, ciyər hava ilə dolduqda diafraqmanı aşağı sala bilmədiyi üçün öz yanında yerləşən ürəyi sıxıb, özünə yer açmalı olar. Odur ki, həm tənəffüs tam olmayacaq və bunun nəticəsində qan karbon qazından tam təmizlənməyəcək, həm qana lazımi qədər oksigen daxil olmayacaq, həm ürəyin fəaliyyəti pozulacaq, həm də mədədə həzm işi nizamdan düşəcək.”
Dəhşət! Sonra da oturub xəstəliklərə ağlayırıq.
Belə də deyirlər ki, insan nə qədər çox yeyərsə, mədəsi nə qədər dolu və tox olarsa kin, ədavət, kibr kimi hisslər daha fəal olar. O zaman insan hirsini cilovlaya bilmir. Belə çıxır ki, çox yemək əməllicə problemdir.
Bax belə. Demək ki, bizlər bəzən qarınqulu olmaqla orqanizmimizə, ömrümüzə çox ciddi zərbələr vururuq. Bunun nəticəsini isə bir həmənki gecə çəkirik, bir də müəyyən yaşa çatıb, müxtəlif xəstəliklərə düçar olanda. Ən dəəhşətlisi də odur ki, biz bunları bilə-bilə də edirik. Gərək unutmayaq: az yeyən adamın bədəni yüngül və sağlam olar.[/color]
Tarix: 10.01.2013 / 13:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 545 Bölmə: Saglamliq