Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İlin soyuq fəslində necə arıqlamaq olar?

Hava soyuq olan zaman düzgün qidalanma məsələləri və idmanla məşğul olmaq istəyi zəifləyir. Əlbətdəki yaz-yay aylarında arıqlamaq daha asandır.

Soyuq fəsildə hava daha tez qaralır, hərəkət fəaliyyətiniz azalır. Hava soyuq olan zaman bir çox insanlar depressiyaya və melanxoliyaya tutulurlar.

Soyuqlama, xəstəliklər başlayır. O zaman pəhriz heç yada düşmür. Ümumiyyətlə soyuq aylarda orqanizm piy yığmağa başlayır.

Formda qalmaq üçün bir neçə məsləhət veririk:

1. İsti geyinməyə çalışın! İngilis atalar sözünə əsasən “Pis hava yoxdur, pis geyim var.”

2. İsinəndə şirin çay ilə yox, isti şorbalarla isinin. Sobada bişmiş tərəvəzlər yeyin. Həmçinin boranı, kələm, kartof yeməyə üstünlük verin. Çay, kofe içdiyiniz zaman, şirniyyatlardan uzaq durun.

3. Daha çox hərəkət edin. İdman, rəqs istənilən aktiv hərəkətlər canınızı isidəcək.

4. Tez tez isti duş və ya vanna qəbul edin. Saunaya gedin.

5. Əgər sizə yenədə soyuqdursa, itirəcəyiniz çəkini fikirləşərək, rahatlaşın. Orqanizm bədəni isitmək üçün artıq kaloriləri yandırır. Bu səbəbdən də ən yaxşısı təbii prosesə hər hansı şokolad şirniyyatı ilə mane olmamaqdır. Bunun əvəzinə qimnastik hərəkətlər etsəniz daha məqsədəuyğun olar.

6. Aktiv tədbirlər tapın, hansında iştirak eləmək olar, ora gedin. Şəhərimizdə buz katoku açılacaq ki, ora getmək olar. Həmçinin müxtəlif idman zallarını da vaxt aşırı ziyarət etmək olar.

7. Evdə oturanda çöldəki hava insana daha soyuq gəlir. Tutqun havadan çəkinməyin. İsti geyinib, gəzməyə çıxın.

8. Öz evinizi isti və rahat edin. Evinizi borani və ya payız yarpaqları ilə bəzəyin. Daha çox işıqdan istifadə edin – şamlar, lampalar və sair. Daha çox portağal rəngindən istifadə edin.

9. Rəngarəngliyi qarderobunuzda da əks etdirin. Ən ciddi dress-kod zamanıda müxtəlif şarflardan, rəngarəng sumkalardan, corablardan istifadə edin.

10. Daha çox meyvə yeyin. Sitrus meyvələrinə üstünlük verin – onların tərkibində soyuq hava zamanı insana lazım olan vitaminlər var. Onların rəngarəngliyi əhval-ruhiyyəni qaldırır. Həmçinin portağal və mandarinlərdən evin bəzədilməsində də istifadə etmək olar. Masanın üstündə bu meyvələr sizə müsbət təsir edəcək.

11. Ətirlər haqqında da unutmayın. Darçın, şokolad və apelsin ətirləri insan psixikasına müsbət təsir edir, rahatlayıcı xüsusiyyətə malikdirlər. İnsan rahatlayanda daha az yemək haqqında fikirləşir.

12. Bədəninizi sevin. Tez tez massaja gedin. Massajı sauna ilə tamamlasanız, inanılmaz ləzzət alacaqsınız.

13. Bazar günləri bişir-düşür etmək olar. Bu sizin evinizə daha çox rahatlıq verəcək. Müxtəlif pəhriz şirniyyatlarını bişirə bilərsiniz.


Tarix: 27.12.2012 / 19:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 425 Bölmə: Saglamliq
loading...