Qəza orucunun hökmləri
4. Əgər şəxsə bir neçə Ramazan ayının orucunun qəzası vacib olsa, niyyətdə hansı Ramazan ayının orucunu tutduğunu müəyyən etməsə tutduğu oruc ilk ilin qəzası hesab olunur.
5. Ramazan ayının orucunun qəzasını tutan şəxs əgər o orucların qəzasının vaxtı az deyilsə (3-cü bənddə göstərilib) günortadan əvvəl öz orucunu poza bilər.
6. Əgər şəxs müəyyən xəstəlik səbəbilə Ramazan ayının orucunu tutmasa və onun xəstəliyi gələn ilin Ramazan ayına qədər davam etsə, oruc tutmadığı günlərin qəzası ona vacib deyil, lakin tutmadığı hər gün üçün 1 müdd (750 qram) təam (buğda, arpa və s.) fəqirə (kasıb və ya ehtiyaclı şəxsə) verməlidir.
Tarix: 08.01.2013 / 11:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 446 Bölmə: Ramazan
loading...