Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ŞƏXSİYYƏTİN VƏ CƏMİYYƏTİN QURUCUSU

Ramazanın, mədəniyyətimizin qurucu ünsürlərindən biri olduğunu düşünürəm. Ramazan orucunun həyatın və cəmiyyətin kapilyarlarına qədər nüfuz edən bir xarakteri var. Gündəlik həyatın mərkəzinə yerləşir və onu öz orbiti ətrafında fırladır. Yeyib, içmək kimi ən təbii və bəşəri hallara belə çəki-düzən verən Ramazanın, həyatın digər bütün sahələrinə də təsir etməsi təbii haldır.

Bu mübarək ayın Müsəlman cəmiyyətlərə vurduğu möhür elə möhkəmdir ki, cəmiyyətin dinə ən uzaq olan qrupları belə onun təsirinə düşməkdən yaxa qurtara bilmirlər. Ramazan hər kəsin həyatına bir formada daxil olur. Bəzilərinin qanına işləyir, bəzilərinin mədəsindən daxil olur. Amma mütləq daxil olur və "Mən gəldim!" deyərək özünü hiss etdirir.

Küfr-i inadi sahibləri onun bu dərin təsirindən çox narahat olurlar. Peyğəmbərimiz buyurub ki: "Ramazanda şeytanlar bağlanır." Belə ki, şeytanla iş görənlər liderlərinin bağlanmasından narahat olurlar. Deməli, şeytanların bağlandığı bir yerdə mələklərin işi rahatlaşır. Yəqin ki, Ramazanı hər kəs üçün bərəkətli edən əsas səbəb də budur.
Ramazan sadəcə mədəniyyətimizin qurucu ünsürlərindən biri deyil, eyni zamanda müsəlman şəxsiyyətin də inşa edici ünsürlərindən biridir. Ramazanın inşa edici funksiyasını icra etməsi, müxatibin onunla qurduğu münasibətin dərinliyinə bağlıdır.
Ramazanla səthi münasibət quranlarda bu mübarək ayın inşa edicilik dərəcəsi sadəcə xarici görünüşlərinə təsir göstərir. Yəni Ramazanın təsiri, xarici atributları keçib müxatibin şəxsiyyətə çata bilmir.

İbadətlər qulun Allaha ismarladığı məktublara bənzəyər. İbadətlərlə qeyri ciddi münasibət quran, onların ruhuna nüfuz etməyən və ibadətin öz ruhuna nüfuz etməsini təmin etməyən, sanki Allaha içi boş olan bir zərf göndərir. Əlbəttə, bu da bir şeydir və heç yoxdan yaxşıdır. Amma eyni zamanda da qeyri ciddiliyin əlamətidir. Yaxşılıq etdiyiniz birindən məktub aldığınızı düşünün; zərfin içi boş çıxsa nə fikirləşərsiniz?
Deməli ibadətlərlə üzündən deyil özündən [1] münasibət quran, zərfin içini boş qoymayıb. Ramazanla özdən deyil də özdən əlaqə qurmaq, Ramazanın varlıq səbəbi olan vəhyilə cani-dildən əlaqə qurmaqla mümkündür.
Çünki Ramazan Quranın doğum ayıdır.

Quranın doğum ayının oruc formasında qeyd olunması təsadüfü deyil. Oruc ruhun doydurulması üçün bədənin ac buraxılmasıdır: Şüuru düşünən qəlbin təsirinə açmaq üçün, şəhvani duyğuların təsirindən xilas olmaq. Mənəvi insanı önə çıxartmaq üçün maddi insanı [bəşər] arxa plana atmaq.
Ramazanın Quran ayı olduğunu bilib, təsəvvürü, ağlı, şəxsiyyəti və nəhayət həyatı Quranla yenidən inşa etmək, Ramazanla üzdən deyil özdən əlaqə qurmaq deməkdir. Çünki vəhiy, ilahi bir inşa layihəsidir. Yuxarıdakı misaldan yola çıxaraq deyə bilərik ki, Quran Allahdan insanlığa göndərilmiş bir məktubdur. Bu məktubda insanoğlunun iki cahan səadətinin formulları qeyd olunub.

Allahdan ona gələn məktubla qeyri-ciddi münasibət Quranla cani-dildən münasibət quran bir ola bilərmi? Başqa bir sözlə desək, Allahın insanlığa göndərdiyi məktubu üzdən deyil özdən oxuyan bir ola bilərmi? Və ya vəhyin sadəcə zərfi ilə kifayətlənib mazrufunu, yəni içini maraq etməyənin vəhyə qarşı münasibəti hansı sinfə daxildir?

Nəticə: Əgər insan ilahi bir inşa layihəsi olan vəhiylə münasibətinə səthi yanaşmışsa, ibadətlərlə münasibəti də səthi qalmağa məhkumdur. Yəni Allahdan gələn məktub hökmündə olan vəhyin sadəcə zərfinə baxmaq, Allaha yollanmış məktub hökmündə olan ibadətlərin də içini boş buraxmaq deməkdir.
Etməli olduğumuz şey məlumdur: Ramazanı fürsət bilib onun varlıq səbəbi olan vəhiylə candan, ürəkdən münasibətə girmək. Vəhyin inşasına özünü açmaq üçün, bədənin öncəliyini düşünən qəlbə, iradəyə və ruha vermək. Orucun məqsədinin bunu həyata keçirmək olduğunu unutmamaq.

Müsəlman şəxsiyyətin və İslam mədəniyyətinin qurucu ünsürlərindən biri olan Ramazanın bu funksiyasını təkrar bərpa etmək, onun Quran ayı olduğunu unutmamaqla mümkündür. Məhv edilmiş Müsəlmanca qavrama dünyamız, inşa və ihya [2]edilmədikcə, məhv edilmiş bəşəri coğrafiyamızı inşa və ihya edə bilməyəcəyik. Təsəvvürlər düzəlmədikcə, əməllər düzəlməyəcək.


Tarix: 06.01.2013 / 15:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 440 Bölmə: Ramazan
loading...