Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Orucun təkcə qəzası vacib olan hallar

Aşağıdakı hallarda orucun təkcə qəzası vacib olur və kəffarə vacib deyil:
Oruc tutan qəsdən qussa;
Əgər şəxs Ramazan ayının gecəsində cünub olsa, qüsl almamış yatıb oyansa və yenidən yatacağı halda sübh azanından əvvəl oyanacağını bilsə, yaxud oyanacağına ehtimal versə, habelə oyandıqdan sonra qüsl edəcəyini qərara alsa və bu halda yatıb azana qədər oyanmasa o günün orucunu qəza etməlidir, kəffarəsi isə yoxdur. Həmçinin əgər ikinci dərə yatıb oyandıqdan sonra üçüncü dəfə də yatsa yenə də qəzası vacibdir, kəffarəsi yoxdur;
Ramazan ayında orucu atil edən bir iş görməsə, lakin bunu (batil edən işlərdən çəkinməyi) oruc niyyəti ilə etməsə və ya oruc tutmaqda riya (ikiüzlülük) etsə, ya məqsədi oruc tutmaq olmasa;
Ramazan ayında cənabət qüslünü almağı unudub bir və ya bir neçə gün cənabətli halda oruc tutsa;
Ramazan ayında sübhün açılıb-açılmamasını yoxlamamışdan orucu batil edən bir iş görsə, sonra isə məlum olsa ki, sübh hələ açılmayıb; amma əgər tədqiqatdan sonra sübh olub-olmamasını yəqin və ya ehtimal edib bir şey yesə sonradan sübh olduğu məlum olsa (kəffarə vacib deyil);


Tarix: 08.01.2013 / 11:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 277 Bölmə: Ramazan
loading...