Mənə elə gəlir ki, Ramazan ayında çox tez-tez duyduğumuz kəlmələrin nə mənaya gəldiyi ilə maraqlanırsınız. Məni də çox maraqlandıran "etimoloji" marağına yenildim və sizlər üçün "Ramazan kəlmələrinin dünyası" adlı bir silsilə hazırladım.
Kəlmələrin nə mənaya gəldiyinə baxaq:
RAMAZAN:(R-M-D) kökündən gələn bu kəlmə "isti/qızmar" ilə bağlı sözlərdə istifadə olunur. Ərəblər ayaqyalın səhranın isti qumu üzərində gəzərkən ayaqları yandığında "ramaza-l Adəm" deyirlər... Günəşin istiliyi şiddətlənib artınca "ramza-l yəvm", susuzluqdan içi yanınca "ramiza-l saim", qoyununu isti bir zamanda otladıb ciyərləyini yaralayınca "ramiza-l ğanəm”, səhrada günəşin istisindən qızmış hala gəlmiş daşa “ər-ramzau”, yaz aylarının sonunda isti torpağa yağan yağışa “ər-ramzu”, qoyunun istidə otlma yerinə “əl-mərmiz” deyirlər… Bu halda "ramazan" istinin çoxaldığı ay və ya payız yağışlarının başladığı ay demək olur...
Mənəvi və əxlaqi olaraq hər cür şəhvətin, acgözlüyün, ehtirasın, əsəbin, öfkənin, qızğınlığnının sakitləşib yerini sərinlədən yağışa buraxmasını təmsil edir. Əgər bunlara qarşı özümüzü tuta bilsək arxasından vicdanımızı rahatladan, ruhumuzu sakitləşdirən yağış gələcək. Günaha qarşı özünü tutan insanın mükafatı yağışın sərinliyidir. Çünki günah mömin qəlbə sıxıntı verir. Səbr çətindir. lakin meyvəsi dadlıdır.
RƏHMƏT: (R-H-M) kökü lüğətlərdə "Sevgi, mərhəmət, şəfqət, bağışlama, səmimi yaxşılıq..." mənalarına gəlir. Bu kökdən gələn kəlmələrin qədim dünya dillərində məşhur və çox yayılmış olduğunu görürük; Arami dilində rahim, mərhəmət (rhm), İbranicədə rahim, mərhəmət (raham), Hind dilində yaxşılıq tanrısı (Brahma)... hamısı da eyni kökdən gəlir... Sevginin və rəhmətin atası anlamına gələn "Əb-Raham"ın bütün Sami dillərində və hətta Hind dilində belə istifadə edildiyini görürük. Buralardan dəyişdirilərək Ərəb dilinə "İbrahim" olaraq keçdiyi anlaşılır. Bunların hamısı ərəb dilindəki rahmət, rahman, rahim kəlmələri ilə eyni mənadadır.
Deməli "rəhmət ayı" dediyimizdə sevgi və mərhəmət ayı demiş oluruq. Yəni insanların bir-birilərinə xoş münasibəti, sevgi və mərhəmətdən qaynaqlanan həssasiyəti göstərməsi, ətrafa, təbiətə, insanlara mərhəmət və şəfqətlə yanaşdığı ay demək olur.
BƏRƏKƏT: (B- R- K) kökündən düzələn kəlmələr: davamlı, əbədi, çoxalmaq, yayılmaq, toplamaq mənalarında istifadə edilir. Bu mənada "Allahu təala və təbarəkə" dediyimizdə Uca, Ulu, Əbədi, Daim olan, Ölməyən, Yox olmayan, Yaşayan və hər zaman da Yaşayacaq olan Allah demiş oluruq.
Quranın "mübarək" bir kitab olması bu mənada insanların qəlbində qalması, insanlıq vicdanında əsrlər boyu əks səda verməsi, insanlığı ehtiva etməsi, tutması, onlar tərəfindən mənimsənilməsi və get-gedə ona inananların, qəlbini ona verənlərin çoxalması, artması mənasındadır. Bu halda mübarək bölgələr də "təsiri əsrlər boyu sürən, qalıcı, davamlı yerlər" demək olur... "Rəhmət və bərəkət ayı" da sevgi və mərhəmətin qalıcı, davamlı olduğu, çoxaldığı, yayıldığı və getdikcə davamlı hala gəldiyi/gəlməsinin istənildiyi, bir ayda yaşananların bütün ilə yayılmasının hədəfləndiyi, insanlarda qalıcı/davamlı bir əxlaqa çevrilməsinin hədəfləndiyi, bunun öyrədildiyi, təliminin verildiyi ay demək olur.
ORUC: (S-V-M) kökündən düzələn kəlmələr də Ərəb dilində "tutmaq" deməkdir. "Oruc tutmaq" isə Osmanlı dilinin Fars və Ərəb dili arasında sintez və hakimlik missiyasını ifadə edən ən gözəl kəlmələrindəndir. Bir imperatorluq dili olduğunun ən bariz nümunələrindəndir... Oruc Fars dilində gün (ruz) kökündən gəlir. Gündəlik (ruznamə), çağ, dövr, səhər mehi (ruzgar), yeni gün (nevruz), gün kimi (piruz) kəlmələri də bu kökdəndir...
Bu halda oruc tutmaq, "günü tutmaq, bir günlük özünü tutmaq" deməkdir. İslami lüğətdə isə "İnsanın bir gündüz boyunca yeməkdən, içməkdən, cinsəl arzulardan uzaq durması, bunlara qarşı özünü tutması" mənasında işlədilir. İnsan heyvandan, şəhər meşədən məhz bu "özünü tuta bilmək" sayəsində ayrılır. Buna görə bütün böyük dinlərdə oruc bir "insanlaşma" vasitəsi olaraq yer alır... Hakim (alim) kəlməsi də "Ata yüyən taxmaq" kökündən gəlir. Bu halda Quranı Hakim, "İnsanoğluna, "nəfsinə yüyən taxmağı" (özünü idarə etməyi) öyrədən kitab" demək olur.
"Allah hakimdir, hikmət sahibidir" demək də "Allah, insana özünü tutmağı, arzularını yönləndirməyi öyrədən hikmətlə dolu hökümlər göndərəndir. O, hikmət qaynağıdır" deməkdir.
İFTAR: (F-T-R) kökü də bir şeyi açmaq, yarmaq, ilk dəfə icad etmək deməkdir. Ərəblər dərini yaxşıca aşılayıb yumuşaltmağa "fətara’l-cildə" deyir. Deməli "iftar vaxtı" ruhən aşılanmaq, yumuşalmaq vaxtı olur. İçimizdəki şəhvəti, ehtirası, öfkəni, əsəbi yumuşaldır, incəldir. İftar süfrələrindəki son 5 dəqiqəni düşünün... Daxili dünyanız necə yumuşalır, incəlir, insanın üzərinə sanki bir sükunət çökür. Sonra azanla birlikdə "açılış" edirik. Yemək, içmək dünyasına dönürük...
İftar kəlməsindəki orta hərifi incə "tə" ilə oxuduğumuzda sakin olmaq, sükunət tapmaq mənasını qazanır. Yəni içimizdəki şəhvət, ehtiras, məncillik və övkənin sakinləşməsi, sükunət tapması... Onun üçün ayın sonundakı bayrama da “iydu’l-fıtr” (sakinləşmək, sükünət tapmaq bayramı) deyilir. Bu halda "fitr sədəqəsi" məhz bu sakinləşmək, yumuşalmaqdır. Sakinləşməkdən, sükunət tapmaqdan, məncillikdən xilas olmaqdan məqsəd nədir? Başqasını düşünmək, paylaşmaq, başqasına doğru "açılım" etmək, öz MƏNini aşa bilmək, Mənlik zindanından çıxmaq ayı, bayramı...
SAHUR: (S-H-R) kökü "erkən, erkən olmaq" ilə bağlıdır. Ərəb zehninin "əşyaya isim qoymaq" seçimi... Günəşin doğuş vaxtına "səhər" deyir. Əl hərəkətinin itiliyi sayəsində gözbağlıcılığa "sehir", erkən qalxaraq gecə yemək yeməyə də "sahur" deyirlər. Bunların hamısı da eyni kökdəndir... Deməli sahurun "erkən davranmaq"la bağlı bir mənası var. Belə ki: Erkən davranıb içinizdəki şəhvət, ehtiras, məncillik və hikkənin gözbağlıyılıcığı ilə özünüzü aldatmayacaqsınız, bunların əfsununa aldanmayacaqsınız, gecə oyanıqlığı içində olacaq, əfsunlanmış adam sərsəmliyindən xilas olacaq, diri bir zehinlə özünə hakim olmağı öyrənəcəksiniz... Deməli "sahura qalxmaq" əslində erkən davranmağı öyrənməkdir. Şəhvətdən, öfkədən, ehtrasdan, məncillikdən öncə davranıb bunlara qalib gələcək; sağınızdan, solunuzdan, arxanızdan, önünüzdən girib sizi təsiri altına almasına izin verməyəcəksiniz.
SADAKA: (S-D-G) kökü "doğru söyləmək/həqiqəti təsdiq etmək" deməkdir. Doğruluq mənasına gəlməklə yanaşı həm də sözün doğruluğu mənasında istifadə edilir. Quranda zəkat anlamında da istifadə edilir. Bu halda "sədəqə vermək" nədir? “Sadakallahu’l-azim” (Böyük olan Allah doğru söylədi) cümləsində də keçdiyi kimi sədəqə vermək, bir sözü doğrulamaqla bağlıdır.
Sədəqənin Quranın anlam dünyasında çox əsaslı bir mənası var. Bir az araşdırdığımızda bunun "mallarında möhtac və məhrum olanların haqqı vardır" (Məaric, 24; Zariyat, 19) ayəsi ilə bağlı olduğunu görürük. Siz sədəqə verdiyinizdə bu həqiqəti təsdiq etmiş olursunuz. Ona görə də "istəyənə yox demə" deyilir. Onun üçün "Sədəqələr yoxsullar, möhtaclar, yolu kəsilmişlər, kölələr, borclular, qəlbləri İslama isindiriləcəklər... üçündür" deyilir. Yəni bunların malınız üzərində haqqı olduğunu "təsdiq" etdiyinizi göstərmək üçün verəcəksiniz. Vermirsinizsə deməli "sədaqət" göstərmir, möhtacın və məhrumun haqqına "xəyanət" edirsiniz. "Sədəqə vermək" budur.
Təbii bu sədəqə, dilənçiyə verilən sədəqə və ya "qırxdan bir" olan sədəqə deyil. Mülkü bölüşmək, paylaşma haqqını qəbul etmək mənasında sədəqə/təsədduq... Çünki Quran (Hud, 87) zənginlərin malları üzərində dilədiyi kimi hərəkət edə biləcəyini müdafiə edən "liberal" mülkiyyət anlayışını rədd edir.
ZƏKAT: (Z-K-Y) kökü bir şeyin artması/çoxalması deməkdir. Sevgi artdı (zəka’l-hubb), mal çoxaldı (zəka’l-malə), adam zənginləşdi (zəka’r-racul) şəklində istifadə edilir. O zaman "zəkat vermək" nə deməkdir? Tam qarşılığı "artmışı/çoxalmışı vermək" deməkdir. Belə ki, Quranda ümumilikdə "onlar ki, zəkat verirlər" (ati’z-zekat) şəklində vermək şəklində "vermək" feli ilə birlikdə istifadə edilir. Əks halda tək başına "onlar ki, çoxaltırlar, artırırlar, toplayırlar" olur ki, doğrusu "belə çoxalmış/toplanmış/artmış (zəkaten) olanı verirlər" deməkdir.
Təzkiyə ilə afv kəlmələri Quran lüğətində bir-birini yerinə istifadə edilə biləcək mənaya sahibdirlər. Hər ikisi də artmaq, çoxalmaq və artmış, çoxalmış olmanın gətirdiyi kirlərdən (mülkdə şirk, ehtiras, təkəbbür, simiclik, qısqanclıq, məncillik və s.) arınmaq, təmizlənmək mənalarına gəlir.
Quranın Məkkə illərindən etibarən zəkata önəm verdiyinin şahidiyik. "Toplanmış, çoxalmış olanlar sizin bütünüz olacaq, şirk buradan geri gələcək" deyərcəsinə davamlı olaraq başqalarına yardım etməyə, zəkat verməyə, paylaşmağa dəvət edir. Bu bir təsadüf ola bilərmi? Quranın istər nüzul sırasına görə, istər musaf sıralamasına görə istənilən bir yerindən açıb oxuyun; bir neçə səhifə oxumadan paylaşmaqla, yardım etməklə, zəkatla bağlı bir ayəyə mütləq rast gələcəksiniz.
***
Ramazan kəlmələrinin dünyası beləcə uzanıb gedir... Ramazanla bağlı başqa kəlmələrdən də danışa bilərik. Yuxarıda saydıqlarımız daha çox rastımıza çıxdıqğı üçün xüsusi olaraq onları seçdik.
Konfuçyusa sual vermişlər: "Dünya necə dəyişər?" "Kəlmələri dəyişdirin!" demiş.
Marksdan soruşublar "Kəlmələrin işə yarayıb yaramadığını hardan bilək?" "Həyatla üzləşdirin" demiş...
Tarix: 06.01.2013 / 15:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 971 Bölmə: Ramazan