Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RAMAZAN BAYRAMI - BAYRAMI NECƏ KEÇİRƏK

Bismilləhir-Rəhmanir-Rəhim


Həmd və Səna olsun aləmlərin Rəbbi, hər şeyi və bizi Yaradan, bizi müsəlman edən, bizə xeyirli aylar bəxş edən və bizi bu bayrama çıxaran Allahu Təalaya. Şükür yalnız və yalnız Onadır. Salətu və Salam olsun Onun Rəsuluna (s.a.s).

Möhtərəm müsəlmanlar və əziz oxucularımız! Allaha hədsiz-hüdudsuz şükürlər olsun ki, bu Ramazan ayını bitirməyi bizə nəsib etdi! Gözəl, bərəkətli və xeyirli ayın sonunda bizə sevinməyi və bir-birimizi təbrik etməyi buyurdu. Yalnız, İslam ümmətinin keçırdiyi bayram, şənləndiyi və sevindiyi mövsüm, başqalarından fərqlənir. İslam bayramlarının xüsusi məqsədi var, öz hikməti, öz niyyəti və öz ədəbləri var. Bunlar, başqa xalqalarda və yaxud dinlərdə yoxdur. Bilinki, İslam şəriəti və hökmləri insanların dünyada və axirətdə olan faydası üçündür. Hətta Qur'ani Kərimdə Allahu Təala insanlara öz hökmünü və əmrini bildirdikdə, ayələrinin çoxunun sonluğunda ((…bəlkə hidayət tapasınız)), ((…bəlkə qorxasınız)), ((…bəlkə pis əməllərdən çəkinəsiniz)) və sair kimi ifadələrlə insanlara xitab edir. Bütün bunlara diqqətlə yanaşsaq anlayarıq ki, İslam hökmlərinin hamısında bir məqsəd və hikmət vardır.


- İslamda bayramın əsas məqsədlərindən də biri müsəlmanların toplanması və görüşməsidir.Bayram günü müsəlmanların bayram namazına gəlməsi vacibdir. Çünki onlar bayramda görüşür, bir yerdə namaz qılır, "Allahu Əkbər" deyərək hamı bir yerdə Allahı zikr edirlər. Onlar bunu etməklə hiss edirlərki onları birləşdirən bir din var, bir əqidə və bir iman var.
- Bayramın məqsədlərindən biri də, ibadət mövsümündən sonra müsəlmanların sevinməsi və fərəhlənməsidir. Ramazan ayında oruc ibadətlərini bitirdikdən sonra müsəlmanlar sevinmək və şənlənmək üçün bayram keçirir və bir yerə yığılırlar. Qurban bayramında isə müsəlmanlar həcc ibadətlərini bitirdikdən sonra sevinmək və şənlənmək üçün bayram keçirirlər. Deməli müsəlmanın bayramı, hansısa ibadəti etdikdən sonra sevinib qardaş və bacıları ilə bir yerə yığılması üçündür. Etdikləri ibadətlərin ən böyük mükafatını isə Allahu Təala öz qatında verəcəkdir.
- Bayramın başqa məqsədlərindən də, müsəlmanların bir-birini ziyarət etməsi, qohum-əqrabalarla görüşməsi, əgər arada inciklik varsa bir-biriləri ilə barışması üçündür. Bayramda kasıblar və yoxsullar da sevinməlidir, onlar da yeni paltar geyərək bütün müsəlmanlarla bir yerdə namaza gəlməlidirlər. Məhz buna görə Fitrə Zəkatı buyurulmuşdur ki, yoxsul müsəlmanlar da bayramı keçirsinlər və hamı kimi şənlənsinlər.
- Həmçinin bayramın məqsədlərin də, bayramda mübah olan şeylərdən istifadə etmək, sevinmək, şənlənmək, gəzmək, dolaşmaq, işləməmək, istirahət etmək, ziyarətlərdə olmaq, eyni tərzdə olan yaşayış formasını bir anlıq qırmaq və gününə dəyişiklik qatmaqdır.


Bayramı necə keçırək, necə şənlənək və bir-birimizi necə təbrik edək?!
- Bayramda ən birinci valideynlərimizi təbrik edək, onların istədiklərini yerinə yetirək, ürəklərində olan arzularını həyata keçirməyə çalışaq. Beləki onları səmimiyyətlə və sevgi ilə təbrik etməliyik, bacardığımız qədər onların qəlblərinə sevinc doldurmaq üçün onlara hədiyyə almalıyıq. Xatırlayınki, Allahu Təala Qur'ani Kərimdə Özünə şirk qoşmamağı əmr etdikdən sonra, ikinci sırada valideynlərə hörmət etməyi buyurmuşdur.
- Bayramda həyat yoldaşını sevindirmək, ona daha böyük və daha isti məhəbbət göstərmək, onu tək buraxmamaq, ona hədiyyə almaq və bayramı hiss etməsi üçün ona istədiyi duyğuları bəxş etmək. Təəssüfki çoxlarımız bayram günlərini çöldə bayırda keçirir və heç həyat yoldaşlarını da görmürlər, onları evdə tək buraxırlar, onları təbrik etmirlər.
- Bayramda qohum-əqrabaları ziyarət etmək sünnətdir, onları təbrik etmək, onlarla qısa bir müddət də olsa oturmaq lazımdır. Bu, qohumlar arasında əlaqələri və məhəbbəti daha da gücləndirir. Həmçinin dost-tanışların da ziyarətini unutmamaq şərtiylə.
- Bayramda qonşularımızı da unutmayaq, onları da təbrik edək, bacardığımız qədər onlarla da bir yerdə olaq, güçümüz çatırsa onlara da hədiyyə vermək və yaxud bir yerdə yemək yemək, onları qonaq çağırmaq və sair kimi münasibətlər.


Bayramın hökmləri və ədəbləri hansılardır?!
- Bayram günü oruc tutmaq günahdır.
- Bayram gecəsi və bayram günlari təkbir (Allahu Əkbər) gətirmək sünnətdir və müstəhabdır. Məhz buna görə Allahu Təala Əl-Bəqərə surəsinin 185-ci ayəsində buyururki: ((Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona ("Allahu əkbər" deməklə) tə'zim və şükür edəsiniz.)) Təkbir etməyin forması isə belədir - "Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər, Lə iləhə illəl-lahu vallahu Əkbər, Allahu Əkbər və lilləhil-həmd"
- Bayram günü qüsl almaq, çimib təmizlənmək, təzə yaxud təmiz paltarlar geyinmək sünnətdir.
- Bayram namazına çıxmamışdan əvvəl bir şey yemək sünnətdir, xurma olsa lap yaxşı olar. Peyğəmbərimizdən (s.a.s) rəvayət olunan hədisdə Ənəs (r.a) deyirki: "Peyğəmbərimiz Ramazan bayramında xurmalardan yeməyincə çıxmazdı" (Buxari rəvayət etmişdir)
- Eləcə də bayram namazına ayaqla getmək sünnətdir. Əli (r.a) rəvayət etdiyinə görə: "Bayrama ayaqla getmək və çıxmamışdan bir şeylər yemək sünnətdir" Həmçinin getdiyi yolla deyil, başqa yolla evə dönmək sünnətdir. Cabir (r.a) rəvayət edirki: "Peyğəmbərimiz (s.a.s) bayram günü yolunu dəyişdirərdi"
- Bayram günü müxtəlif təbriklər demək sünnətdir. Məsələn; Bayramınız mübarək, Allahu ibadət və oruclarınızı qəbul etsin və sairə.
- Bayram günü bayram namazına getmək və bayram namazını açıq havada qılmaq. Bayram namazına başlamazdan əvvəl isə, namazı qıldıran imam namazın necə qılınacağını başa salacaqdır.


Bayram zamanı nəyi etməməliyik?!
Bəzilərimiz özlərindən uydurduqları şeyləri edirlər bayramda, bunlar isə bizim dinimizə ziddir.
- Bayram gecələrini yatmamaq, boş keçirmək və xüsusilə də Allaha ibadət etməyərək, Onun zikrindən uzaq olan şeylərlə vaxt keçirmək.
- Bayram gecələrini özlərindən uydurduqları zikirlərlə keçirmək
- Bayram günləri xüsusi olaraq qəbirləri ziyarət etmək
- Gözəl olmaq üçün saqqalı qırxmaq və yaxud həddindən artıq qısaltmaq
- Yemək içməkdə israfçılıq etmək
- Musiqi, mahnı və kinolarla vaxt keçirmək
- Kişi və qadınların bir yerdə yığılması, kişi və qadınların bir-biriləri ilə əl-ələ görüşməsi
Bundan başqa bir çox əməllər vardırki, bunlar müsəlmana yaraşmaz və bizə buyurulan bayram günlərini belə keçirmək olmaz.


Ramazan bayramınız mübarək və Allah sizdən ibadət və dualarınızı qəbul etsin!


Tarix: 06.01.2013 / 16:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 721 Bölmə: Ramazan
loading...