Nüzul: 12
Mushaf: 97
Qısa məlumat:
Surə "qədir-qiymət, dəyər, ölçü" mənasına gələn adını ilk ayəsindən alır. Mushaflarda, təfsir və hədis ədəbiyyatında surə bu adı ilə anılmışdır.
Surə Məkkə dönəminin ilk illərində enmişdir. Məşhur tərtiblərdə surəni Abəsə surəsinin arxasına yerləşdirmişlər. Bu da ən tez 4-cü ildə nazil olduğu qənaətini dəstəkləyir. Bizim qənaətimizə görə isə surə daha əvvəl nazil olub. Xəttabi, səhabələrin surələri sıraladıqlarında, Qədri Ələqin arxasına yerləşdirdiklərini söyləyir [İtqan II-I, 334]. Əlimizdəki mushafda da belədir və bəlkə də Xəttabi "səhabə" deyərkən əlimizdəki mushafı tərtib edən komissiyanın üzvlərini nəzərdə tutmuşdur. Bu, "Onu biz endirdik" ifadəsindəki əvəzliklə "Oxu!" əmri arasındakı əlaqəni vurğulayan bir yanaşmadır. Bizcə surə Leyl-Fəcr arasındakı 12-ci sıraya yerləşdirilməlidir. Belə ki, Leyl və Fəcr surələri ilə Qədr surəsi arasında mövzu bütünlüyü, açıq və gizli işarələr mövcuddur. Surənin Mədinədə nazil olduğu qənaətlərini rahatlıqla inkar edə bilərik.
Surənin mövzusu Quran vəhyinin qədir və qiymətinə diqqət çəkir: Ey bu vəhyin müxatibi! Quran nazil olduğu gecəni bir ömrə əvəz etdi [1000 ay 83 ilə bərabərdir]. Eyni vəhyin sənin həyatına nazil olması, ömrünü neçə ömrə əvəz etməz ki?
Surədə keçən "gecə" deyildikdə ilk öncə vəhyin enməyə başladığı gecə nəzərdə tutulur. Bu gecənin işarə etdiyi digər bir həqiqət, cahiliyyənin qaranlıq gecəsidir. İşığını Allahdan alan Quran mehrabı bu gecəni aydınlatmışdır. Fəqət surənin son iki ayəsinə diqqət edildiyində, dünya həyatının bir "gecə"yə bənzədilməsi də ehtimal edilə bilər. Dünya həyatı bir gecə, axirət isə bu gecənin sabahıdır. İnsanlar ilahi bələdçilik olmadan bu həyat yolçuluqlarını sürdürüb əbədi səadətə çata bilməzlər. Vəhy, insanlığa göndərilmiş doğru yol xəritəsi, bir bələdçidir. "Yəqin" [1] deyə adlandırılan axirət şəfəqi sökdüyündə həqiqət gün üzünə çıxacaq. Fəqət gözlərini dünyada ikən həqiqətə qapayanlara, bunun bir xeyri olmayacaq.
Məhz vəhy, bu dünya gecəsi sona çatıncaya qədər əbədi hüzur, barış və səadətin bələdçisidir [3-5]. Ondan sonra inanmaq və yaşamaq dövranını bitirmiş, görmək və məhsulları dərmək dövranı başlamışdır.
[1](Ər)Yüzdə yüz həqiqət.
SURƏNİN MƏALI
1. Əlbəttə onu qədir-qiymət gecəsində Biz endirməyə [başlamışıq].
2. O qədir-qiymət gecəsinin nə olduğunu bilirsinizmi?
3. O qədir-qiymət gecəsi, min aydan daha xeyirlidir.
4. Mələklər, vəhylə bərabər o gecə enməyə davam edərlər, Rəblərinin izni ilə, həyatın hər sahəsinə aid
5. tərifsiz bir səadətin [formullarını gətirərlər], bu hal, şəfəq doğuncaya qədər davam edər.
SURƏNİN TƏFSİRİ
1. Əlbəttə onu [2] qədir-qiymət gecəsində [3] Biz [4] endirməyə [başlamışıq].[5]
[2]Bu əvəzlik Quran da, ilk nazil olan ayələrə də aid ola bilər. Birinci ehtimalda ənzəlnahunun mənası “Quranı nazil etməyə başladıq”, ikinci ehtimalda “İlk ayələrini nazil etdik” olur.
[3]Və ya: “Qiyməti bəlli bir gecədə”. Yəni: “Qiymətinə tay olmayan, bir ömrə əvəz, bərəkətli və şərəfli bir gecədə.” Burada ismin tamamlığından dolayı müəyyən formada gələn gecə Duhan surəsi 3-də sifət tamamlığı olaraq qeyri-müəyyən formada gəlmişdir. [fi leylətin mubarəkətin]. Ona görə ki, orada bərəkəti bəlli deyildir, burada isə o bərəkətin “qədəri/miqdarı/qədri” bəllidir: Min aydan daha xeyirli. Qədr, bir şeyin miqdarını, dəyərini və nəticəsini müəyyən edir. Burada kəlmənin “miqdarla” deyil “dəyərlə” bağlı olduğu 3-cü ayədən açıq-aşkar aydın olur. Yenə Qədrin mənasının dəyərə bağlı olduğunu, bu gecənin Ramazan ayında olduğunu söyləyən Bəqərə 185-in sonundakı “haqqı batildən ayıran, ölçüb dəyərləndirmək qabiliyyəti” mənasına gələn furkan da təsdiq edir. Buradakı “gecə”nin mahiyyəti nədir? Leyl kəlməsi içindən aydınladıla biləcək keçici qaranlıq üçün istifadə edilir. Zulumatun kəlməsinin törədildiyi zalam isə içindən aydınladılmayan, aydınlanmaq üçün tərk edilməli olan qaranlıqdır. Bir çox yerdə gələn "Qaranlıqlardan aydınlığa" söz birləşməsi, "gecə" kimi içindən aydınladıla bilən qaranlığı deyil, ancaq tərk edildikdə xilas olunulacaq qaranlığı ifadə edir. Leylin tərkibinə görə qazandığı müəyyənlik, vəhyin əvvəlcədən qərarlaşdırılmış bir gecədə nazil olduğu mənasına gələ bilər.
[4]Buradakı "Biz" əvəzliyi vəhyin enişinə mələklərin daxil olmasını, yəni ilahi kəlamın müxatibə bilavasitə deyil, dolayı yolla çatdırıldığını ifadə edir.[Müqayisə et 42:51].
[5]İnzal kəlməsinin "bir dəfədə endirmək" mənasına gəldiyi qənaəti doğru deyil [Müqayisə et 25:32]. Buna istinad edərək vəhyin dünya səmasına bir dəfədə, hamısının bir yerdə nazil olduğunu söyləyənlərin şərhləri əsassızdır. Yağış göydən bir dəfəyə enmədiyi halda, yağış üçün də eyni kəlmə istifadə olunur. [23:18]. Bu müqayisə ilə tənzil və inzalın bir-birinin yerinə istifadə olunduğu meydana çıxır. Tənzil vəhyin qaynağına nisbətlə, inzal hədəfinə nisbətlə istifadə edilir. İnzal kəlməsi "bir qanuna bağlı olaraq endirmək" vurğusunu daşıyır. Lüğətdə inzalın mənası; ülvi mənaların idrak aləminə daxil edilməsidir [duhulu’ş-şey’ fi ‘aləmi’l-mudrikat]. Bu, ya əvvəlcədən var olanı dəyişdirmək [ca’l], ya şüurda anındaca var etmək [halk] şəklində gerçəkləşir. Quranın enməyə başladığı gecə Ramazan ayının içində olan bir gecədir [2:185].
2. O qədir-qiymət gecəsinin nə [6] olduğunu bilirsinizmi?
[6] Buradakı [مَ]ma, həm mahiyyətlə, həm də zamanla əlaqəli ola bilər. Ardınca gələn ayə mahiyyətlə əlaqəli olduğunu göstərir. Yəni "Qədir gecəsinin mahiyyətini sən bilirsənmi?" mənasına gəlir. Bəqərə surəsinin 185-ci ayəsi Quranın endiyi gecənin bütün ayın içində axtarılmasına ehyam vurur. Bu gecənin həftənin günlərindən bazar ertəsinə təsadüf etdiyini, Həzrəti Peyğəmbərin, bazar ertəsində niyə nafilə oruc tutduğu ilə bağlı bir suala verdiyi cavabdan öyrənirik. Həzrəti Peyğəmbərin həyatının dönüm nöqtəsi olan o gecənin hansı günə təsadüf etdiyini bilməməsi inanılmazdır.
3. O qədir-qiymət gecəsi, min aydan [7] daha xeyirlidir.[8]
[7]Və ya əlifin məsdər mənası olan təlif və şəhrin məsdər mənası olan işrah mənası ilə "İç-içə girmiş dolu bir aydınlıqdan". Min rəqəmi çoxluğa eyham olmaqla yanaşı şəhrə birləşdirildiyində daha dərin, daha fərqli bir mənaya dəlalət edir. Sadəcə eyham olsaydı daha çox olan min əlifi sənətin [min ildən] və ya min əlifi asrin [min əsrdən], hətta min əlifi dəhrin [bütün zamanların min qatından] buyrulardı. Buradakı eyhamın "çoxluğa" deyil, "insanın ömrünə" işarə etdiyi aydın olur.
[8]Yəni: O ömrə bədəl bir gecədir. Sanki: Ey müxatib! Quran endiyi gecəyə otuz min qat dəyər yükləmişdir! O gecənin dəyəri özündən deyil, vəhydəndir. Belə ki, o gecə ay ilinə aid bir gecədir. Ay ili isə sabit deyil dəyişən bir zamandır. Deməli, o mübarək gecə bərəkətini zamandan deyil, o zamanda nazil olmağa başlayandan almışdır. Bu halda Quran sənin həyatına enərsə, ömrünə necə bir bərəkət qatar onu sən hesabla! Bir düşün ki, eyni vəhy, ilk müxatibini "Aləmlərə rəhmət", endiyi şəhəri "şəhərlərin anası", endiyi toplumu "insanlığın anası" [ümmət] etmişdir! Yəni: İçinə vəhyin endiyi bir gecə bir ömrə əvəzdir. Quran bunun əksinin də keçərli olduğunu söyləyər. İçində vəhyin olmadığı bir ömür bir gecə qədər bərəkətsizdir [bax: 17:50-52; 20:102-104; 23:112-113].
İmam Baqira görə Ənfal 41-dəki "Əgər siz Allaha və haqqın batildən ayrıldığı o gün, yəni iki ordunun qarşı-qarşıya gəldiyi gün qulumuza endirdiklərimizə inanırsınızsa" ibarəsi Quranın enməyə başlaması ilə Bədr savaşının ilin eyni gününə təsadüf etdiyinə dəlalət edər. Bu izaha görə Qədr gecəsi savaşın başladığı 17 Ramazandır [Nəql edən İbn Aşur, Duhan surəsi 3-ün təfsirində]. İmam Baqirin bu şərhində zənnimizcə Həzrət Əlinin Ramazanın 17-də şəhid edilməsinin də payı var və bizcə bu olduqca duyğusal və incə bir yanaşmadır. Eyni şey Ramazanın 17-də gerçəkləşən Bədr zəfəri ilə Qədr gecəsi arasında bağlantı qurmağa çalışan izahlar üçün də söylənilə bilər.
Quranla məlumdur ki, Qədr gecəsi Ramazan ayındadır. "[O sayılı günlər] Ramazan ayıdır ki, insanlığa rəhbər olan, bu rəhbərliyin açıq-aydın sənədlərini daşıyan və haqqı batildən ayıran Quran məhz bu ayda endirilmişdir" [2:185]
4. Mələklər, vəhiylə bərabər [9] o gecə enməyə davam edərlər,[10] Rəblərinin izni ilə, həyatın hər sahəsinə aid [11]
[9]Və ya: "Vəhiy mələyi ilə". Vavın vurğusuna diqqət çəkmək niyyətindəyik. Mübahisəsizdir ki, Ruh, Nəhl surəsi 2-ci ayədə və Şüra surəsi 53-cü ayədə vəhy mənasında işlədilmişdir. Bu surənin mövzusunun ali məqsədi də vəhiydir. Başqa sözlə burada təşrifatçı mələklərin müşayiəti ilə endirilən, ağıl edən qəlbin həyat nəfəsi olan vəhiy olmalıdır. Belə ki, dərk edilməyən bilik ruhsuz cəsəd kimidir. Vəhiy isə biliyi dərkə çevirir. Fihadakı əvəzlik "gecə"yə də, "mələklər"ə də aid ola bilər. Birinci halda oxunsa "o gecədə" mənasında olur. Biz əlaqə baxımından ikinciyə üstünlük verdik.
[10]Belə ki: Özü bir dəfə mənası sonsuza qədər enən vəhiylə inşa olmaq istəyən hər möminə mələklər hidayət və furkan olan vəhyin dirildici nəfəsini qiyamətə qədər nazil etməyə davam edərlər. Vəhyin hər çağda keçərli olan dəyişdirmə gücünün arxa plandakı möcüzəsi budur.
[11]Və ya İbn Abbasın oxuduğu kimi min kullimriin: "hər kəsə dair" [Fərra]. Bu oxunuşa istinad edərək deyə bilərik ki, Həzrəti Peyğəmbərə nazil olanlar hökmən ümmətdən hər kəsə nazil olmuş kimidir. Bu ayə, "o gecə [yaxşı-pis] hər iş hissələrə ayrılaraq hikmətli bir hökmə bağlanır" [44:4] ayəsinin işığında anlaşılmalıdır.
5. tərifsiz bir səadətin [formullarını gətirərlər], [12] bu hal, şəfəq doğuncaya qədər davam edər.[13]
[12]Səlam, "barış, hüzur, səadət, əfv, bağışlamaq" mənalarını ehtiva edər. Quranın nazil olması xətrinə, vəhyin sahibi Allah tərəfindən elan edilən bir əfvə də dəlalət edə bilər. Ancaq bu ümumiliyi "Rəblərinin izni ilə" şərti hüdudlandırır.
[13]Və ya fəcrin məsdər mənası ilə: [Həqiqətin] püskürdüyü qaynağı görüncəyə qədər sürər" iki mənada da gələ bilər. 1) insanlığın içində çapaladığı cahiliyyə gecəsi Quranın işığı ilə sona çatına qədər. İbrahim surəsinin ilk ayəsində ifadəsini tapan həqiqət budur. 2) Qeybi həqiqətləri örtdüyü üçün bir gecəyə bənzəyən bu dünya həyatı sona çatıb, qeybi həqiqətlərin "həqiqət" olduğu axirət şəfəqi gələnə qədər [müqayisə et: Hatta yətiyəkə’l-yaqin]..
Tarix: 06.01.2013 / 15:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1028 Bölmə: Ramazan