Xoş gəldin, ey Oruc!!!
Susuzluqdan çölə dönmüş qəlbimizə səfalar gətirdin!
Sən ey zamanların gözəli, həmişəki kimi tam vaxtında yetirdin özünü... gəlməsəydin pərişan olardıq, amma sən inkarçını pərişan edənsən.
Gəldin ki, aydınlığınla tərk edək çaşqınlığımızı.
Gəldin ki, nur saçasan bər-bəzəkli və işıqlı görünən əslində isə qap-qaranlıq olan dünyamıza...
Xoş gəldin, ey Oruc!
Dodaqları qanadan həsrətləri bitir içimizdə. Öyrət başımızı dik tutmağı, səni tutmağı, səninlə ruhumuzu diri tutmağı.
Xoş gəldin, ey Oruc!
Zülmətləri yarıb gələn imsaqla sevincə qərq et bizi... Yuxuda ikən səndən qafil olanlar bizim oyaq olan gözlərimizdən daşdır sevgini.
Sahurumuzda hər tikəmiz bir dua, hər duamız bir qalxan olsun!
Xoş gəldin, ey Oruc!
Susuzlat bizi... Susuzlat bizi Qurana, imana, irfana... Susuzlat bizi yaxşılığa, doğruluğa...
Susuzlat ki, həsrətimiz yandırsın bizi.
Susuzlat ki, Quranın hər ayəsi ruhumuza damla-damla hopsun.
Susuzlat ki, iman nuru qəlbimizin səhrasına yağmur kimi yağsın.
Xoş gəldin ey Oruc!
Aclığınla doyur ruhumuzu. Acdır bizi ədəbə, əxlaqa, elmə... Acdır bizi qardaşlığa, yoldaşlığa...
O qədər acdır ki, istərsə Ramazan hilalı kimi zəifləsin bədənimiz.
Yetər ki, doysun ruhumuz...
Xoş gəldin, ey Oruc!
Tutub əllərimizdən iftar sevinclərinə qarışdır "Amin!"lərimizi... İki sevinc arasında - imsakla iftar arasında alov kimi yandır əməl dəftərlərimizin qara siyahısını. Utandır bizi. Qızarsın üzümüz, axsın gözümüzdən yaşlar yusun günahlarımızı.
Xoş gəldin, ey Oruc!
Aydınlat qara düşüncələrimizi... Sülh gətir, rahatlıq gətir özünlə. Sağalt ümmətin qanayan yaralarını. Hayqırışlar fəryada qarışmasın! Ölməsin uşaqlar! Ölməsin içimizdəki uşaq xislətimiz!
Xoş gəldin, ey Oruc!
Bax, biz gülümsəyərək qarşıladıq səni...
Sən də gülümsə qəlbimizə!
Tarix: 06.01.2013 / 16:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 379 Bölmə: Ramazan