Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Orucun kəffarəsi (cəriməsi)

4. Əgər şəxs müəyyən gündə oruc tutacağını nəzr etsə və həmin gün oruc tutub qəsdən batil etsə 1-ci bənddə göstərilmiş iki kəffarədən birini verməlidir.

5. Vaxtı ayırd edə bilən şəxs “məğrib olmuşdur”, “şam azanın vaxtıdır” kimi ifadələr deyən bir kəsin sözü ilə iftar etsə və sonradan hələ məğrib (günbatan) vaxtı olmadığı məlum olsa orucun həm qəzası, həm də kəffarəsi ona vacibdir.

6. Əgər bir kəsə kəffarə vacib olsa və bir neçə ilə onu verməsə üstünə bir şey əlavə olunmur.

7. Bir günün kəffarəsi üçün 60 fəqirə təam verməli olan bir şəxs fəqirlərin hər birinə bir müddən artıq təam verə bilməz və bir fəqiri bir dəfədən artıq doydura bilməz. Amma ailəli fəqirin ailə üzvlərinin hər biri üçün (balaca uşaqlar da daxil olmaqla) 1 müdd (750 qram) təam verə bilər.

8. Əgər bir kəs orucunu qəsdən batil etsə və sonradan həmin gün heyz, nifas və ya xəstəlik kimi üzürlü səbəb qarşıya çıxsa kəffarə ona vacib deyil.

9. Ramazan ayının orucunun qəzasını tutan bir kəs günortadan qabaq orucunu bilərəkdən açsa ona kəffarə vacib deyil. Lakin günortadan sonra orucu batil edən bir iş görsə 10 fəqirin hər birinə 1 müdd təam verməlidir. Əgər bunu edə bilməsə 3 gün oruc tutmalıdır.


Tarix: 08.01.2013 / 11:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 278 Bölmə: Ramazan
loading...