Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

NƏDİR BAYRAM ?

Bismillahir Rahmənir Rahim. Əlhəmdulilləhi Rabbil aləmin. Ərrahmənir Rahim. Məliki yevmiddin. İyyakə Nəbudu va İyyakə nəstəin. İhdinə sıratəl mustaqin. Sıratəllələzinə ənamtə aleyhim ğeyril mağdubi aleyhim va la-d-dallin.
Amin.

İ s l a m - daxilimdəki, qəlbimdəki əbədi bayram. Salamı yaşamaq, Əs-Salama təslim ola bilmək bir bayram. Ruhun qəlbi fəthi bir bayram. Vədud Allahı sevə bilmək və Onun sevgisini duya bilmək - nə böyük bayram. Bütün varlıq aləminin Allah deyə zikrini oxuya bilmək bir bayram. Cismimlə deyil, ruhumla yaşadıqlarım bayramdır. Bayram əyləncə deyil, bayram daxili sevinc halıdır. Bayram cisimlə deyil, ruhla yaşanandır. Bayram duyğularda var olandır. Pak duyğular ruha aiddir. Ruh üflənəndir. Üfləyənə ehtiyacı var. Ruhla yaşanan bayram, ruhun sevinci deməkdir. Ruhun sevinci onun tox olmasıdır. Ruhun dilədiyi onu üfləyəndir. Ruhun dilədiyi Üfləyənlə görüşmək və o görüş anında sevinməkdir. Ruh bir nurdur. Qidası da nurdandır. Nurun artması ruhun bayramıdır. Ruhu var edən ruh üçün bu dünyada da, imtahan aləmində də bayram var etmişdir. Bayram iki sevgilinin görüşməsidir. Ruh və islam, Ruh və Salam. Ruh və təslimiyyət.

Allahım, ruhumuzu bayramlarla sevindir. Ramazan gedir. Hər anı Sənə yaxınlıq olan Ramazanımızın bitməsinə necə sevinək, ya Rəbbim. Ya Rəbbim, bəxş etdiyin Ramazan hədiyyənə layiq ola bildikmi? Əsla. Allahım, nə olar Sən bizi layiq et, bəxş etdiklərinə. Tut əlimizdən, buraxma bizi, apar bizi aydınlığa doğru. Aydınlıq bir bayram.

Bayram Sənə yaxınlaşanda, Səni duyanda, Bəsirət açılanda. Oxu əmrinə tabe olaraq Varlıq Kitabını oxuya biləndə, Ayələrini görəndə, yaşayanda içimə axan istilik bayram, sevinc. Səni sevməyi bacarmaq bayram. Səndən utanmaq, görüşünə gecikmək, görüşünə tələsməmək, Səndən ayrı düşmək, Səni aramaq və tapmaq çətinliyi içimizdə yaranan boşluq. Bu boşluq dərddir, qəmdir. Kədər verir, üzüntü gətirir. Sənin görüşünə, qarşına, evinə tələsmək isə nə şirin duyğu.

“Vay halına o namaz qılanların ki, ötürərlər namazının vaxtını, riyakarlıq edərlə ” (Məun 4-5)

Rəbbim, bizi, səni sevənləri bundan qoru. Çox qorxuram. Sənin rizanı qazanmamaqdan, sevginə nail, layiq ola bilməməkdən. Rəbbim, mənim Rəhim və Rəhman Xaliqim, yardım et, görüşünə tələsənlərin cərgəsinə qat məni. Sevginə layiq buyur. Gecələr qarşına çıxıb səcdə etməyi nəsib et, ya Rəbbim. Nəfsimə qalib gələ bilmirəm, güclü Allahım. Mənə güc ver. Məunlardan uzaq et məni. Bütün ətrafımı sənə səcdə edənlərlə, səni duyub, dərk edib, sevənlərlə zənginləşdir. Sənsən hər şeyin sahibi, Qüdrətli Allahım.

İçimdəki bayramı hər saniyə yaşamağı nəsib eylə mənə. Səni sevmək həqiqi xoşbəxtlik. Bizə xoşbəxtlik nəsib eylə. Xoşbəxtlik ayələrini görmək, dərk etmək, yaşamaqdır. Qurani - Kərimi qəlbimdə, beynimdə bayraq et. Mayaq eylə Kitabımı, Rəbbim. Qaranlıqdan Sənə sığınıram. Dünyamı aydınlat. Düşüncələrimi idrakımı aydınlat. Nur – nur - nur. Təmizləndir nurlandır məni. Kədər, qəm, dərd sənsizlik deməkdir, mənə, hər insana, bizə, hər yaradılmışa. Dərddən sənə sığınıram. Qaranlıqdan, zülmətdən Sənə sığınıram. Şükürlər olsun sənə, Rəbbim. Bayramlarımızı gözəl yaşat bizlərə.

“ Ey Rəbbimiz! Biz ancaq sənə təvəkkül etdik, tövbə edib ancaq sənə qayıtdıq. Axır dönüş də ancaq Sənin hüzurunadır.” ( əl - Mumtəhinə 4)

Aləmlərin Rəbbinə həmd olsun. Pak və nöqsansız və Vəhhab olaraq bəxşişlər verən Allahımız On bir ayın Sultanı kimi dəyərləndirilən, nemətlər içində ən şərəfli nemət olan Ramazan kimi bir hədiyyə bəxş etmiş Onu sevən qullarına. Bizlər də Şərəfli Ramazanımızda Aydınlığa doğru yol tutaraq aydınlıq dünyaya səyahətə başladıq. Bu gün sevgili Ramazanımızla vidalaşdıq. Amma, aydınlığa doğru səyahətimiz bitmədi. Çünki Həvva anamızın da nağıllarındakı kimi bu imtahanlar dünyasının sonu Aydınlıq diyarında bitəcək. Nə qədər ki, imtahanlar aləmində varıq, aydınlıq səyahətimiz bitməyəcək. Aydınlığa doğru yürüyə bilmək üçün Rəbbimizin Oxu əmrinə tabe olaraq Varlıq Kitabını oxumalıyıq. Ramazan ərzində oxumaq istədiklərimiz və oxuya bildiklərimiz dəryadan bir damla belə deyildi. Allahın Kainatı sonsuzdur. Onun elmi də bitib tükənməz. Demək, Allahın elmi və yardımı ilə silahlanaraq, eyni zamanda mələklərin də yardımı ilə birlikdə Aydınlığa doğru can atacağıq. Çünki, aydınlıq, nur dünyaya can atmaq insanın missiyasıdır, həyat qayəsidir. Aydınlıq dünya kamillik diyarıdır. Nur silahlarla silahlanmalı və hər an hazır olmalıyıq.

Allahım, bizə növbəti Ramazana kimi təmiz qalmağı nəsib et! Allahım, gələn Ramazanımızda Sənə bir pillə də yaxınlaşmağı müvəffəq et! Allahım, gələn Ramazana qədər və bütün ömür boyu, Salamı, bizi, birliyi, vəhdəti yaşamağı nəsib et! Oyandır bizi, hər gecəmizi qədr gecələri kimi bərəkətli et! Gecələrimizi və gündüzümüzü sevgili Rəsulunun gecələri və gündüzləri kimi et. Yardım et ki, Kamillik diyarında Kamil qullarla görüşmək xoşbəxtliyini dadaq. Sən bizə Sənin yolunda edilən hər ibadətə qarşılıq vəd edirsən, hətta ibadətimizə ehtiyacın belə olmadığı halda. Ramazan nəsib etdin və bitən kimi bayram günləri. Dünya nəsib etdin, bitən kimi ibadətimizə layiq olmasa da Mərhəmətinə və Şanına layiq Cənnət... Bayram sevinci...
Cənnət sevinci. Sevindirən də Sən, ağladan da Sən. Verən də Sən, qiymətləndirən də Sən. Allahım, Sənin kimi gözəlliyə layiq et bizi. Dünyalarımızı gözəlləşdir. Bacı və qardaşlar deyə bildirdiyin müsəlmanlarımız üçün göz yaşları, qəlb ağrısı ilə dua etməyi nəsib et! Allahım, bu gün evlərindən, sağlamlıqlarından məhrum olmuş bacı və qardaşlarımız var.
Onlara yardım et! Bizlərə qlobal dualar etməyi öyrət! Duamız olmasa Sənin yanında nə qədir-qiymətimiz olar? Allahım, Rəsulumuz göz yaşları içində ümmətim, ümmətim deyərək dualar edərdi. Allahım, Onun kimi dualar etməsək, Rəsulumuzla hansı üzlə görüşərik?! Allahım, bu gün gözləri ağlayan bacılarımı, qardaşlarımı sevindir. Sevinmək üçün də ihya gərəkir. Oyandır, Muhamməd ümmətini ya Rəbbim! Allahım, bu Bayram günündə Səndən yalvarırıq, Səhabələrin yaşadığı kimi bizə də lə deyərək, lə iahə illəllahı yaşat. Ey duyanlar! Amin səslərinizi göylərə qaldırın. Xilas olmaq istəyirsinizsə lə deyin, Rəsulumuzun yoluna gəlin. Bir olaraq biz şəklində, ümmət halında Rəbbimizə yönələk. Allahım, bu gün və hər zaman Sənin yardımına möhtacıq. Düşmən əlində əzmə millətimi. Millətimin dostu Sənsən. Millətimizin torpaqlarından Səni tanımayanları uzaqlaşdır, ya Rəbbim... Mərhəmət, mərhəmət, mərhəmət... Mənim bu gün bayram deyərək sevinməyə haqqım çatırmı? Bilmirəm... Yardım et, ya Rəbbim. Bacılarım, qardaşlarım düşmən əlində isə, torpaqlarımız düşmən ayağı altında isə necə sevinək? Amma, biz təkbirlər deyəcəyik, bayram günlərimizdə. Allahu Əkbər deyərək səsimizi göylərə qaldıracağıq. Bütün varlıq aləmi Allahu Əkbər deyə hayqırır. Kar qulaqlara, kor qəlblərə eşitdir Allahu Əkbər çağırışlarımızı... Allahu Əkbər deyəcəyik, mələklər kimi. Allahu Əkbər deyə bacı və qardaşlarımız üçün dualar edəcəyik. Allahu Əkbər deyə aydınlığa doğru yol tutacağıq. Allahu Əkbər bizim məşəlimiz olacaq. Allahu Əkbər yolumuzu aydınladacaq. Bu aydınlıq yolunda qəlbimiz, dilimiz, əməlimiz, hər halımız İyyakə nəbudu iyyakə nəstəin deyə yaşayacaq. Allahım, biz yalnız Sənə ibadət edirik və yalnız Səndən yardım diləyirik. Bizi doğru yola yönəlt. Biz Fatihə ilə doğru yolu dilədik, Sən bizə Kəlamın olan Quranı bəxş etdin. Aləmlərin Rəbbinə həmd olsun. Allahım, bayram günündə Səndən Qurana ümmət olaraq sarılmağı diləyirik. Ümmətimizə yol göstər. Yol olaraq Quran və Muhamməd verdin. Bəs nədən Quranı bilmirik, Muhammədi tanımırıq?! Allahım, elmimizi artır, beynimizi Quranla nurlandır. Qəlbimizə Sən sakin ol. Öndərimiz Muhammədi tanıt və sevdir Bizə. Onun yolundan azmaqdan Ümməti qoru. Lütfünlə bizi tərbiyələndir. Sən Rəbbsən, Yoluna qoyan və tərbiyə verənsən. Bizi Aydınlığa doğru yolumuzda Quranın və Muhammədin aydınlığı arxası ilə apar.

Allah Rəsulu bayram namazlarında çox-çox Təkbir deyərdi. Dili Allahu Əkbər ilə islaq qalardı. Təkbir nemətin qiymətinin bir göstəricisidir. Bayramlar sevinc anlarıdır. Ramazan bayramı bir aylıq mənəvi cəhdin qarşılığının simvoludur. Qurban bayramı fədakarlıq, təvəkkül simvolu olan Allah dostu Hz. İbrahimin qurbanının, fədakarlığının, təvəkkülünün xatirəsini canlı qalmasının və insanlara ibrət və nümunə göstərilməsi ilə bərabər, onun imanının dərəcəsinin sevincini yaşa bilməsi və şükrünü edə bilməsidir. Sanki, “ey qullarım bir düşünün verdiklərimi çəkinmədən, düşünmədən Mənim yolumda sərf edənin, heç nədən qorxmadan yalnız Mənə təvəkkül edənin qarşılığına baxın. Qiyamətə qədər hər mömin namazında Ona Salam deyəcək, qiyamətə qədər hər kəs onu tanıyacaq, sevəcək. Mənim Ona olan dostluğum isə ən böyük mükafatdır. “Kəhf mağarasında olan gənclər isə sizin kimi adi insanlardır. Lakin Allah dini naminə, lə ilahə illəllahı insanlara çatdırmaq naminə yaşadıqları çətinliklərə, əziyyətlərinə görə kimsəyə nəsib etmədiyim neməti nəsib etdim onlara. Onların Allah yolunda fədakarlığı Qiyamətə qədər dillərə dastan oldu. Allaha görə edilən hər hansı əməl qat - qat artıq mükafatlanacaq. Amma bir gör ibrət alan varmı? Kəhf mağarasındakı gənclərin əxlaqından nümunə, ibrət götürmək əvəzinə bu gün insanlar Fatihədəki Yalnız Sənə ibadət edir və yalnız Səndən yardım diləyirik əhdinə qarşı gələrək müşküllərinin həlli üçün Kəhf mağarası axtarışındadırlar. İyyakə nəbudu va iyyakə nəstəin. Biz yalnız Sənə ibadət edir və yalnız Səndən yardım diləyirik.

Ramazan boyu edilən ibadətlərin sonu bayramlarla sonuclanır. Və hər kəsə yönələn bir sual yaranır: Əgər bir aylıq orucun qarşılığı təkbirlərlə yaşanan bayram sevinci isə, Ramazan kimi yaşanmış bir ömrün qarşılığı nə?! Təbii ki. Bu Cənnətdir. Aydınlıq diyarı Cənnət. Orada üzlər də, qəlblər də aydınlıq içərisindədir. Orada hər kəs bir - birinə salam deyəcək. Mələklər salam deyəcək, Cənnətlə təbrik edəcək. Aydınlıq diyarında hər kəs bir - birinə salam deyərək, göz aydınlığı verəcək. Bayram günləri də Cənnətdə yaşana biləcək günlərin bir nümunəsidir. Bu səbəbdən də Sevgili Rəsulumuz bayram günlərimizi təkbirlərlə bəzəməyi tövsiyə etmiş ümmətinə. Bayramları təkbirlərlə bəzəmək, Cənnət kimi bir hədiyyə qarşısında mömin qulun Allaha təşəkkürünün ən gözəl ifadəsinin təkbir olduğunu aydınladır. Bayram təkbirləri ilə mömin sanki “Bunlar mənim etdikərimin əvəzi ola bilməz. Bu yalnız Uca Allahın hədiyyəsi ola bilər.”- deyir. Təbii, bayram sevincləri Allahın lütfünün bir hissəsidir. O etdirməsə, edə bilmərik. Verən O - dur. Hər şeyin Sahibi O- dur. Allahu əkbər. Bayram təbrikləri, salamları, duaları, sevinci sanki möminin ağzına çəkilmiş bir barmaq Cənnət dadıdır. Bu dadı unutmasaq Aydınlığa doğru cəhdlərimiz daha da artar. Və İnsan da Aydınlıq olan həqiqi Cənnətin dadını bilər. Təkbir müsəlmanın daxili sevincinin, coşğusunun bir ifadəsidir.

Allahu Əkbər. Allahu Əkbər. Allahu Əkbər... .

Uca Allahım, Ramazanla yeniləşərək, on bir ayın sultanı ilə birlikdə yaşayaraq Sənə ibadət etməyə cəhd etdik. Bu cəhdimizi qəbul eylə. Sevdiklərimizə, dostlarımıza, elə bizə də, hər müsəlmana hidayət ver. Hidayət, hidayət, yenə də hidayət diləyirik Səndən başqa nəyə ehtiyacımız var?
Allahın var nəyə möhtacsan? Allahın yox nəyin var?

Allahım, biz Sənə möhtacıq, çünki Səni sevirik. Səni sevən, Sənin üçün fədakarlıq edən hər quluna sevinc nəsib et!
Allahım, faydalı ola bilməməkdən Sənə sığınırıq! Allahım, bayram sevinc olsa da Ramazandan ayrılmaq sevinc deyil. Bizə Ramazan kimi ömür yolu ver. Yalnız Ramazanda deyil, Peyğəmbərimiz kim həftənin hər 1-ci və 4-cü günlərini, hicri təqvimi ilə hər ayın 13, 14, 15-ci günlərini oruc tutmağı nəsib et ki, Sənin iftar süfrələrinin feyzindən, bərəkətindən 1 il boyu məhrun qalmayaq. Bizə gecə ibadətləri nəsib et ki, Qədr gecəsi kimi gecələrəmizi ihya edərək, Sənin nurundan pay ala bilək. Allahım, səni sevə bilmək nə böyük xoşbəxtlik, nə böyük bayram. Allahım, bayram Səni sevə bilməkdir. Bayram Sənin əxlaqınla əxlaqlanmaq, tərbiyənlə tərbiyələnmək, Sənin rənginlə boyanmaqdır. Həmd olsun Sənə...

Allahım, nəfəsimiz Səni zikr etdiyi kimi beynimizi və qəlbimizi də zikrindən məhrum etmə. Hər ot, hər çiçək Sənin zikrinlə yaşayırsa, zikirsiz bir insan samandan da dəyərsizdir. Bizə dəyər ver, Allahım. Quranı bizə, bizi də özü bir zikr olan Qurana sevdir.

Şərəfli gecədə bizlərə şərəf olan Quranımız dua Fatihə ilə başlayıb, dualarla bitir. Elə isə biz də hər zaman dua Fatihə ilə başlayıb dualarla bitirək ki, şərəfli Quranımızdan şərəflə bəhrələnək.

De: O Allah birdir. Allah möhtac deyildir. O nə doğmuş, nə doğulmuşdur! Onun heç bir tayı-bərabəri də yoxdur!

De: Pənah aparıram sübhün Rəbbinə!Yaratdıqlarının şərindən; Zülmətə bürünməkdə olan gecənin şərindən; Düyünlərə üfürən qadınların şərindən. Və bir də paxıllığı tutan anda paxılın şərindən.

De: Pənah aparıram insanların Rəbbinə; İnsanların ixtiyar Sahibinə; İnsanların Tanrısına. Vəsvəsə verən, qaçıb gizlənən Şeytanın şərindən; o şeytan ki, insanların ürəklərinə vəsvəsə salır. Cinlərdən də olur, insanlardan da.


Tarix: 06.01.2013 / 15:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1262 Bölmə: Ramazan
loading...