Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MƏĞFİRƏT İSTƏYİRSƏN...? BUDUR RAMAZAN

Bismilləhir-Rəhmanir-Rəhim


Həmd olsun aləmlərin Rəbbi olan Allaha, kimisini fəzilətli etdi, kimisini zəlil. Salat və salam olsun Onun Rəsulu Muhəmmədə (S.A.S).
Hörmətli bacım və qardaşım, bu məktub sənədir!




Əzizim!
Budur Ramazan, artıq qapılarımızın önündədir
Ramazan: Müttəqi qəlblərin həsrətlə gözlədiyi ay
Ramazan: Saleh nəfslərin həyəcanla darıxdığı ay
Xeyir və bərəkət ayını qəlblər, necə həsrətlə gözləməsin?!
Rəhmət və məğfirət ayına qəlblər, necə darıxmasın?!


Əzizim!
Ramazan ayını Allah, xüsusi özəlliklərlə fərqləndirib
Ramazan ayını Allah, xüsusi fəzilətlərlə qiymətləndirib
Ramazan oruc ayıdır, İslamın əsas sütunlarındandır
Orucun savabı, Allahın gizlətdiyi mükafatlardandır
Cənnət qapıları açılır, Cəhənnəm qapıları bağlanır
Bu ayda şeytanlar zəncirlənir və saxlanılır


Əzizim!
Ramazan ayının ən böyük fəzilətidirki, o məğfirət mövsümüdür
Bəli, hamımızın ehtiyac duyduğu məğfirət keçididir
Məğfirət: Kimə yazıldısa ən böyük xeyri qazanmışdır
Məğfirətsiz qullar girə biləcəklərmi Cənnətə?!
Günahlardır qulları sürükləyən Cəhənnəmə
Günahlardır hər müsibətin və bəlanın səbəbi
Günahlardır yaradan qəlblərdəki zülməti
Günahlardır kəsən, səninlə Rəbbinin arasındakı rabitəni


Əzizim!
Ey günahlardan beli bükülən!
Ey məğfirət istəyən, qəlbi həyəcan içində olan, Ramazanı həsrətlə gözləyən!
Budur məğfirət ayı, məğfirət mövsümü üzümüzə gəlir.
Oxu hədislərdən, məğfirət çaylarından keçə-keçə bu bərəkət ayını tanı:


Əbu Hüreyrədən (A.O.R.O) rəvayət olunurki, Peyğəmbərimiz (S.A.S) belə demişdir: "Kim Ramazan ayını imanla və əməlinin savabını hesaba çəkərək (hiss edərək) oruc tutarsa, onun keçmiş günahları bağışlanar." (Səhihdir, Buxari rəvayət etmişdir.)


Əbu Hüreyrənin (A.O.R.O) başqa bir rəvayətində də deyilirki, Peyğəmbərimiz (S.A.S) belə buyurmuşdur: "Beş vaxt namaz, cümədən cüməyə, Ramazandan Ramazana, bunların arasında olan günahlar bağışlanır, əgər böyük günahlardan uzaq durulubsa" (Muslim rəvayət etmişdir)


Sevin qardaşım, sevin bacım, sevinki Allahu Təala bizə belə bir böyük fürsət verib, belə bir imkan veribki günahlarımızı əməllərimizlə yuya bilək. Sevin, əgər məhz Allah üçün, Allahın əmri olduğu üçün və yalnız Onun rizasını qazanmaq üçün oruc tutursansa. Sevin və əmin olki məğfirət sənindir, bilki savabını mütləq alacaqsan.


Əzizim!


Əgər oruc tutursansa onda haramlardan oruc tut, haramlardan saxlan. Ac-susuz qalmazdan əvvəl düşünki sən, qulağını, gözünü, dilini və bütün əzalarını haramlardan saxlamalısan, sənin əzaların haramlardan oruc tutmalıdır əvvəl. Allahu Təala sənə Ramazanda yemək-içməyi tərk etməyi əmr edib, hansıki yemək-içmək əslində haram deyil. Sən bundan əvvəl gərək əslən haram olan şeylərdən çəkinməlisən. Əgər haramlardan çəkinmirsənsə və oruc tutursansa, onda bu hədisi oxu, gör Rəsulullah (S.A.S) nə buyurub: "Kim yalanı, ona əməl etməyi və cəhaləti tərk etməzsə, onun yeməyib içməməsinə Allahın ehtiyacı yoxdur." (Buxari rəvayət etmişdir). Sübhanallah, bu qədər ac qalasan, susuz qalasan, yorulasan amma bir savabın olmasın, ona görəki haramlardan oruc tutmamısan.


Əzizim!


Allahu Təalanın heç nəyə ehtiyacı yoxdur, nə sənin ac qalmağına, nə də sənin susuz qalmağına. Sənə oruc tutmağı əmr edərkən, səndən Ona qarşı təqva yaranmasını istəyir. Təqvanı ürəyində yerləşdirə bildinsə, deməli məğfirətə də nail ola biləcəksən. Onda gözlərini harama baxmaqdan, qulağını haram eşitməkdən, dilini haram danişmaqdan qoruki, bu təqvaya nail olasan və bununla Allahın cənnətinə daxil ola biləsən.


Əbu Hüreyrədən (A.O.R.O) rəvayət olunurki, Peyğəmbərimiz (S.A.S) belə demişdir: "Kim Ramazan ayını imanla və əməlinin savabını hesaba çəkərək (hiss edərək) qalxarsa (yəni gecələri namaz qılarsa), onun keçmiş günahları bağışlanar." (Səhihdir, Buxari rəvayət etmişdir.) Sübhanallah ay qardaş, ay bacı. Sadəcə bir müddət gecə qalxıb namaz qılmaq, Allaha üz tutmaq, yalvarmaq lazımdır ki, O da sənə bu məğfirəti nəsib etsin.


Əzizim!


Allaha and olsun əməl dəftərlərimiz günahlarla, pisliklərlə doludur, bunu təmizləməyəkmi?!


Bu mübarək ayda bir xeyirli və ən dəyərli gecə var, ondan istifadə etməyəkmi?!


Həqiqətən bu məğfırəti istəyiriksə, bu gecəni əldən verə bilərikmi?!


Qədr gecəsidir bu gecə, yalnız Ramazanın son 10 günüdə olacaq, onu keçirəkmi?!


Onu keçirməmək üçün yalnız son 10 günü gecələri qalxıb, Allaha səcdə etməyəkmi?!


Əzizim!


Bu mübarək ay, sənin üçün axar çaylardı


Az qala məhz sənin üçün axsın


Bu çaya girmək istəmirsənmi?


Bəlkə günahlarını yudu, bəlkə əməl dəftərlərini təmizlədi


Bunlardır axı səninlə Rəbinin arasında olan əlaqəni kəsən.


Əzizim!


Məğfirət səbəblərinin hamısı sənin üçün hazırdır


Vallah Cənnət qapıları da sənin üçün açıqdır


Allah onları, səni ora daxil etmək üçün açıbdır


Cəhənnəm qapılarını da Allah bağlayıbdır


Məhz səni ordan uzaqlaşdırmaq üçün


Əzizim!


Allahdan daha mərhəmətli birisini tapmısanmı?


Ibadətlərindən Allah faydalanırmı?


Bəs bax Allah sənə necə rəhmət edir, sən Allaha necə yanaşırsan?


Günah işlədirsən, üstünü örtur


Günahlara davam edirsən yenə rəhm edir


Günahlarla özünü həlak edirsən, O isə səni məğfirətinə çağırır...


Tarix: 06.01.2013 / 16:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 472 Bölmə: Ramazan
loading...